"Həyatımıza rəsmi sərt məhdudiyyətlərsiz davam edə bilərik” - Rəşad Mahmudov



Son günlər kovid bəlasının yeni bir dalğası ilə üzləşmişik. Bir il yarımlıq dünya təcrübəsinə əsaslanaraq yaşayış tərzimizi tənzimləyə bilsək, həyatımıza rəsmi sərt məhdudiyyətlərsiz davam edə bilərik”.

Pravda.az xəbər verir ki, bunu tibb üzrə elmlər doktoru, deputat Rəşad Mahmudov deyib.

“Hamılıqla və hər birimiz öz həyatımız, ailəmiz, sevdiklərimiz, tanıdıqlarımız, tanımadıqlarımız naminə şəxsi həyatımızda daha məsuliyyətli, daha səliqəli olmaq məcburiyyətindəyik.

Ən azından qarşındakı iki həftə ərzində sərt karantin rejimlərinin bizə aşılamış olduğu bütün təcrübədən, vasitələrdən istifadə etmək, yararlanmaqla yanaşı, həm də ictimai, məişət ünsiyyətlərini minimuma endirmək, kontaktları yalnız qaçılması mümkün olmayan hallarda qurmağımız bir zərurətə çevrilib”, - o qeyd edib.

Millət vəkilinin sözlərinə görə, tibbi təcrübəmiz artsa da, virusa qarşı mübarizə metodlarımız təkmilləşsə də, yoluxma sayı artır, ölüm halları mövcuddur, virus da yenilənməyə meyllidir:

“Peyvənd olunma yoluxmanın qarşısını ala bilmir. Amma peyvənd olunma virusa yoluxmada ağırlaşmaları minimuma endirir, əziyyət çəkməni, reanimasiyaya düşməyi, müalicə xərclərini və ən əsası, ölüm hallarını kəskin şəkildə azaldır. Peyvəndlənmə tək xilas yolumuzdur”.
Tarix: 22-08-2021, 19:41
Xəbəri paylaş





Xəbər lenti