Operativ Qərərgah məlumat yaydı - SON DƏQİQƏ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 583 yeni yoluxma faktı qeydə alınıb, 1 644 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 398 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 348 454 nəfər müalicə olunaraq sağalıb, 5 370 nəfər vəfat edib, aktiv xəstə sayı 44210 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 508, ötən müddət ərzində isə ümumilikdə 4 344 428 test aparılıb.
Tarix: 24-08-2021, 18:40