Yeni COVID növü sürətlə yayılır



Cənubi Afrika Respublikasında (CAR) yeni koronavirus növünün (C.1.2) sürətlə yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
 
Pravda.az xəbər verir ki, bu barədə “Bloomberg” CAR mütəxəssislərinin araşdırmasına istinadən məlumat yayıb.
 
Cənubi afrikalı alimlər tərəfindən aparılan araşdırma zamanı məluma olub ki, yeni C.1.2 ştammının həyəcanverici sayda mutasiyaları meydana gəlib: Bu mutasiyalar virusa sürətlə yayılma qabiliyyəti verir və antitellərə qarşı müqaviməti artırır. Hazırkı COVID-19 peyvəndlərinin C.1.2 əleyhinə təsirli olub-olmadığı bilinmir”.
 
Qeyd edək ki, C.1.2 ştammı ilk dəfə may ayında Cənubi Afrikanın Mpumalanqa və Qautenq əyalətlərində aşkar edilib. Avqustun 13-dək CAR-ın doqquz əyalətinin altısında qeydə alınıb və Konqo Demokratik Respublikası, Portuqaliya, Yeni Zelandiya, İsveçrə, habelə Mavrikiyə də nüfuz edib. Sözügedən ştamm 2020-ci ilin ortalarında Cənubi Afrikada dominant olan C.1-dən mutasiya edib.
 
Xatırladaq ki, CAR-da pandemiya başlayandan 2.76 milyondan çox koronavirusa yoluxma, qeydə alınıb. Təxminən 81.5 min nəfər isə koronavirusun qurbanı olub.
 
APA
Tarix: 31-08-2021, 07:54
Xəbəri paylaş





Xəbər lenti