Alimlər "omikronun" aşağı patogenliyini izah etdilər
Mütəxəssislər "omikron" ştammının səbəb olduğu koronavirus infeksiyasının yüngül gedişatını əvvəlki variantlarla müqayisədə ağciyərlərdə ştammın aşağı yayılma sürəti ilə əlaqələndirirlər. Pravda.az-ın məlumatına görə, bu barədə "New York Times" qəzeti xəbər verib.
Məlumata əsasən, bu nəticəyə bir neçə tədqiqat qrupu gəlib. Belə ki, Yaponiya və ABŞ-dan olan tədqiqatçılar dağsiçanı və siçovulları SARS-CoV-2-nin müxtəlif ştammları ilə yoluxdurublar. "Omikron"la yoluxan gəmiricilərin tənəffüs yolları daha az zədələnib.
Oxşar nəticələr Honq-Konq Universitetinin əməkdaşları tərəfindən əldə edilib, lakin onlar insan orqanizminin toxumaları ilə təcrübə aparıblar. Tənəffüs yollarından götürülən 12 nümunəsində "omikron" "delta"dan daha yavaş yayılıb.
Tarix: 2-01-2022, 09:43