Alimlər pandemiyanın kəskin mərhələsinin yaxında bitəcəyini proqnozlaşdırdı
Koronavirusun "Omikron" ştammı, COVID-19 pandemiyasının kəskin mərhələsinin sonunu xəbər verə bilər.Pravda.az xəbər verir ki, bu qənaətə Cənubi Afrika Respublikasından olan həkimlər apardıqları tədqiqatlar nəticəsində gələbilər.
Tədqiqat Stiv Biko Akademik Xəstəxana Kompleksində aparılıb. Həkimlər indiki pandemiya dalğasında xəstələnən 466 xəstənin və əvvəlki 3976 xəstənin qeydlərini təhlil ediblər.
Mütəxəssislərin gəldiyi nəticəyə görə, infeksiya dalğası görünməmiş sürətlə irəliləyərək, əvvəlki ştamlara nisbətən daha yüngül xəstəliklərə səbəb olub. Əgər bu model davam edərsə və bütün dünyada təkrarlanarsa, biz çox güman ki, xəstələnmə və ölüm nisbətinin tam əksinə olacağını görəcəyik, deyə həkimlər bildirib.
Tarix: 9-01-2022, 09:29