“Başa düşün, çox qalmayıb, iki, maksimum üç həftəyə Azərbaycanda da qırğın günlər başlayacaq”



“COVİD-19-la bağlı insanlar nə etmək lazım olduğunu bilirlər. Başa düşün ki, çox qalmayıb, iki, maksimum üç həftəyə Azərbaycanda da qırğın günlər başlayacaq”.
 
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış həkim Vasif İsmayıl bildirib.
 
“Nəyə görə söyləyirik? Ovcumuzun içini iyləməmişik... Əgər “omikron” Azərbaycana gəlibsə... Digər ölkələrdə, məsələn, Amerikada gündəlik yoluxma sayı milyonyarıma qalxmışdı. Biz amerikalıdan daha ağıllı və sağlam deyilik ki. Bizim də başımıza eynisi gələ bilər. Ona görə də daha diqqətli olmaq lazımdır” – V.İsmayıl qeyd edib.
 
Toplum.tv
Tarix: 19-01-2022, 11:51
Xəbəri paylaş





Xəbər lenti