Günlük yoluxma sayı 2000-ə çatır - STATİSTİKA
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 633 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 292 nəfər müalicə olunaraq sağalıb, 8 610 nəfər vəfat edib. 12 829 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 851, bu günə qədər isə ümumilikdə 6 065 279 test icra olunub.
Tarix: 23-01-2022, 21:28