Mətbəximizdəki zəhər: Bildmədiymiz təhlükə
“Pomidorlar tərkibindəki təhlükəli lektin zülallarına görə zəhərlə eyniləşdirilə bilər”.Cebhe.info xəbər verir ki, bunu ABŞ kardioloqu Stiven Qundri “Bitki Paradoksu” kitabında yazıb.
Həkimin sözlərinə görə, pomidor kökəlməyə, iltihaba və ciddi allergik reaksiyalara səbəb ola bilər:
“Amma ən pisi odur ki, lektin hüceyrələrimizə hücum edir və təəssüf ki, bu proteinlə mübarizə aparmağın yeganə yolu ondan imtina etməkdir”.Tədqiqat məlumatlarına istinad edən həkim üç ay ərzində ciddi lektinsiz bir pəhriz saxlayan 1000 iştirakçıdan 800-də otoimmün xəstəlik tarixinə sahib olmasına baxmayaraq, heç bir iltihab əlamətinin özünü göstərmədiyini qeyd edib.
Həmçinin, kardioloqun fikrincə, lektinlər demans, anemiya, xroniki yorğunluq sindromunu artıra bilər, həmçinin sızanaq və keçəlliyin inkişafına mənfi təsir göstərir.
Lektinin əsas miqdarı pomidorun qabığında olur. Ona görə də sevdiyiniz tərəvəzdən imtina etməyə hazır deyilsinizsə, ondan qabığını soyun və çiy yeməyin.
Təhlükəli zülalın tərkibinə görə başqa bir record məhsul qarğıdalıdır.
Tarix: 23-01-2022, 21:47