Azərbaycanda COVID-19-la bağlı SON STATİSTİKA



Son sutkada 4 943 nəfər koronavirusa yoluxub, 20 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 943 yeni yoluxma faktı qeydə alınıb, 1 587 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 656 284 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 624 259 nəfər müalicə olunaraq sağalıb, 8 720 nəfər vəfat edib, aktiv xəstə sayı 23 305 nəfərdir.
Ölkədə son sutka ərzində 14 204, hazırkı dövrədək isə 6 149 156 test aparılıb.
Tarix: 30-01-2022, 16:56
Xəbəri paylaş





Xəbər lenti