Alimlərdən pandemiyalara dair yeni KƏŞF



Kanadalı tədqiqatçılar superkompüter vasitəsilə 100 min yeni RNT virusu aşkar ediblər. Bu yolla aşkar edilən viruslarla mübarizə onlar görünməmişdən əvvəl planlaşdırıla bilər.
Yeni kəşf nəticəsində məlum olub ki, bilinən RNT viruslarının sayı 10 dəfə çoxdur.
COVID-19 pandemiyasına səbəb olan Sars-Cov-2 də RNT virusudur. Üstəlik, bu 100 min virus arasında 9 yeni koronavirus da yer alır. Kataloqda qaraciyər çatışmazlığına səbəb olan hepatit D virusuna aid 300-dən çox virus da var.
Alimlərin fikrincə, bu cür geniş kəşflər insanlara, eləcə də mal-qara və nəsli kəsilməkdə olan növlərə təsir edən virusların daha sürətli müəyyənləşdirilməsinə səbəb ola bilər.
Superkompüter dünya üzrə 5,7 milyon bioloji nümunədən 20 milyon giqabaytlıq gen ardıcıllığı məlumatını təhlil edib və RNT virusunun mövcudluğunu göstərən spesifik genləri müəyyən edib. Bu nümunələr 13 il ərzində toplanıb və buz nüvələrindən heyvan peyininə qədər bir sıra nümunələri əhatə edib.//Oxu.az
Tarix: 1-02-2022, 09:10
Xəbəri paylaş





Xəbər lenti