ÜST-ün Baş katibi: "Dünyanın əksər bölgələrində koronavirusdan ölüm sayı artır"


ÜST-ün Baş katibi: "Dünyanın əksər bölgələrində koronavirusdan ölüm sayı artır"Tedros Adhanom Qebreyesus

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun “omikron” variantının sürətlə yayılmasından, habelə ölüm sayının artmasından narahatlığını ifadə edib.

“Report” xəbər verir ki, həftəlik brifinqdə çıxış edən təşkilat rəhbəri dünyanın əksər bölgələrində koronavirusdan ölənlərin çoxaldığını diqqətə çatdırıb.
“Bundan 10 həftə əvvəl “omikron” ilk dəfə aşkarlanandan sonra ÜST-ə 90 milyona yaxın yoluxan haqqında məlumat gəlib. Bu da bütövlükdə 2020-ci ildəkindən daha çoxdur”, - Qebreyesus qeyd edib.
Tarix: 1-02-2022, 21:57
Xəbəri paylaş





Xəbər lenti