“Omikron”dan da betər “Omikron” gəlir



Koronavirusun hazırda dünyada və eləcə də Azərbaycanda dominant variantına çevrilmiş “omikron” ştamının daha betər və daha sürətlə yayılan alt növü barədə xəbərdarlıq edilib.
Böyük Britaniyanın səhiyyə təhlükəsizliyi üzrə Agentliyi (UKHSA) bildirir ki, “stels-omikron” və ya “gizli omikron” da adlandırılan BA.2 alt ştamının əsas əlamətləri yüksək hərarət və aramsız quru öskürək, habelə iy və dad bilmə qabiliyyətinin tam, yaxud qismən itirilməsidir. Lakin mütəxəssislər “omikron” ştamının BA.1 kodu ilə təsnif edilən orijinal variantına nisbətən BA.2 alt ştamının daha hansı fərqli xüsusiyyətlərə malik olduğunu hələ tam ayırd edə bilməyiblər. Onlar bildirirlər ki, yuxarıdakı əlamətləri özündə müşahidə edənlər dərhal həkimə müraciət etməli, test verməli və özünütəcrid rejiminə keçməlidir.

UKHSA bildirir ki, BA.2 alt variantını orijinal BA.1 variantından laborator şəraitdə fərqləndirmək çətindir. Bununla belə PSR-testlər BA.2 variantına yoluxanlarda müsbət nəticəni qüsursuz ortaya çıxarır.
BA.2 alt növünü ilk dəfə yanvarın ortalarında İsveçdə aşkar ediblər. Bu mutasiya daha sonra Danimarka, Norveç və Hindistanda aşkar olunub, yanvarın 21-də isə Böyük Britaniyada ona rast gəlinib. İlkin variantlara görə “omikron”un bu variantı əvvəlki variantından daha sürətlə yayılır. “Omikron” variantının özünün isə koronavirusun daha əvvəlki “delta” variantına nisbətən dəfələrlə çox yayıldığı artıq sübut olunub.
Tarix: 1-02-2022, 23:24
Xəbəri paylaş





Xəbər lenti