Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB qəsdən ölkədə COVİD-in yayılması ilə məşğuldur.Şənbə günü yoldaşım yüksək temrpaturla xəstələndiyində dərhal şübhələndim və 814 qaynar xəttinə zəng elədim. bir neçə saat musiqi dinlədikdən sonra məlum oldu ki, telefonları musiqiyə calayıb əkiliblər.
Sahə həkiminə (39 saylı poleklinika) zəng edib, vəziyyəti izah etdim. COVİD şübhəsi olduğunu dərhal test üçün səyyar sağlıq çalışanlarının yönləndirilməsini xahiş etdim.
Həftə sonu olduğundan işləmədiklərini bildirdilər və bununla bağlı yalnız qaynar xəttə zəng edin dedilər.
TƏBİB-in qaynar xəttinə 1542-yə zəng etdim. Mənə xeyli gözlədikdən sonra operator bildirdi ki, Bakı şəhərinə Səhiyyə Nazirliyi məsuliyyət daşıyır. Onlar da bazar günü işləmir, siz 1-ci gün 814-lə əlaqə saxlayın.
Mən hər ehtimala qarşı aptekə gedib, COVİD testi aldım və cəmi 3 dəqiqədə müəyyən olundu ki, COVİD testinin nəticəsi pozitivdir.
Mən bu nəticələrlə bazar günü təkrar 1542-yə və 814-ə zəng vəziyyəti izah etdim və xəstənin COVİD testinin əslində pozitiv olduğunu, belə halda 1-ci gün məktəbə dərsə gedərsə hər kəsi yoluxdura biləcəyini bildirdim. (Bir tərəfdən də məktəb haqlı olaraq rəsmi portalda qeydiyyat yoxsa dərsə gəlməlisən deyərək basqı yaradır).
Hər ikisinin cavabı mənə bu oldu ki, bazar günü işləmirik, 1-ci gün 9-dan sonra zəng edin.
Yenə sahə həkimi ilə əlaqə saxladım, testin (Aptekdən alınan ) nəticəsini, işlədiyi məktəbin ünvanını, ev ünvanını və s. zəruri bilgiləri göndərdim. Xahiş etdim ki, xəstə COVİD-dir və belə çıxması həm mənəvi həm hüquqi məsuliyyət yaradır. Siz gəlib test götürün.
Cavab bu oldu ki, biz Səhiyyə Nazirliyinə məlumat verəcəyik, müraciət edənlər çoxdur, bəlkə 2- günə gələrlər.
Təkrar 814-ə zəng etdim. (sırada 42-cisiz deyib başlayan gözləmə) 40 dəqiqə müxtəlif caz musiqiləri dinlədikdən sonra operatorda bir xanım bu gün çox məşğuluq. saat 15-00 dək işləyirik. Siz poliklinikaya müraciət edin deyib, telefonu asdı.
Təkrar polikilinika ilə əlaqə saxladım, mənə dedilər ki, biz yazıb göndərmişik, xəstə çoxdur, qalanı bizlik deyil.
2-ci gün də belə zənglər, ötür-ötürlərlə keçdi. 3-cü günə söz verdilər. Bu gün də bütün günü gözləyib, arada bir neçə dəfə 814-ə zəng edib, uzun musiqilər altında terapiya keçdik.
5 gündür şəxsin COVİD olduğu bilindiyi halda bu rəzalət davam edir.
Ölkədə COVİD-i məhz bu səhiyyə sistemi sürətlə yayır. Həm də bunu qəsdən edir. Mənim bu yaşadıqlarım buna şübhə yeri qoymur.
COVİD- xəstəsi müəllimi, işçini(….) qeydə almayıb, məktəbə, işə məcburi davam etməyə sövq edərək.
Hüquqşünas Ələsgər Məmmədli
Tarix: 2-02-2022, 21:39