Azərbaycanda daha 7632 nəfər koronavirusa yoluxub, 24 nəfər ölüb

Azərbaycanda daha 7632 nəfər koronavirusa yoluxub, 24 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 632 yeni yoluxma faktı qeydə alınıb, 5 797 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 725 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 665 909 nəfər müalicə olunaraq sağalıb, 8 972 nəfər vəfat edib. 50 896 nəfər aktiv xəstə sayını təşkil edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 491, bu günə qədər isə ümumilikdə 6 335 593 test icra olunub.

Tarix: 10-02-2022, 20:40
Xəbəri paylaş





Xəbər lenti