Bu məqalədə müəllif bir populyar bitkinin faydalı xüsusiyyətlərindən bəhs edir.
Onun sözlərinə görə, tərkibində bu bitki olan içkilər iltihab əleyhinə və isidici təsirə malikdir. Bütün bunlar bu bitkinin tərkibində olan "xüsusi maddələr"in sayəsindədir.
Son zamanlar bütün dünyada artistlərin içdiyi bir içki diqqət mərkəzindədir.
Yaponiyada smuzlar (qarışıq işçkilər) artıq normaya çevrilib, lakin maraqlıdır ki, onları nə əvəzləyəcək?
Söhbət yaponlara yaxşı məlum olan zəncəfildən hazırlanan və immuniteti yüksəldən içkidən gedəcək.
Bu içkinin fərqli cəhəti ondadır ki, zəncəfili xırdalamaq və alınan "zəncəfil şotu"nu (şot- birnəfəsə içilən içki deməkdir) birnəfəsə içmək mümkündür.
Güman ki, bu içki xüsusilə öz sağlamlığı və gözəlliyinin qayğısına qalan qadınlar tərəfindən böyük uğur qazanacaq.
Beləliklə, gəlin, zəncəfilin qida və faydalı xüsusiyyətləri ilə tanış olaq.
Dezinfeksiyaedici xassələri Zəncəfil orqanizm üçün çox faydalı bitkidir. O, tərkibində olan və güclü antibakterial təsirə malik zinqeron maddəsinin hesabına yeməklərə və içkilərə maraqlı dad verir.
İsidici xassələri Burada da köməyə zəncəfil gəlir. O, təkcə antibakterial xassələrə malik deyil, həm də qan dövranını yaxşılaşdırır.
Zinqeron həm də soyuqlamanı və menstrual spazmları yüngülləşdirir.
Ətirli antioksidant Zəncəfil tərkibində olan və orqanizmdə oksidləşmə proseslərinin qarşısını almağa kömək edən şoqaol maddəsinə görə özünün unikal ətri ilə məşhurdur.
Vacib məqam: isti su ilə qarışdıranda və ya qızdırıldıqda zinqeron şoqaola çevrilir, ona görə də əgər qızınmaq istəyirsinizsə, zəncəfil içkisini 100 dərəcəyədək qızdırmaq tövsiyə edilir.
İltihab əleyhinə xassələri Zinqeron və şoqaol iltihabı azaldır. Həmçinin artritlərdə (oynaq iltihabı) sakitləşdirici təsir göstərir.
Beləliklə, zəncəfilin antibakterial, antioksidant və iltihab əleyhinə xassələri var, "zəncəfil şotu" isə güclü antibakterial təsirə malikdir.
Öz növbəsində zəncəfil çayı və zəncəfil lattası ("latta"-südlü köfe deməkdir) soyuqlamanın qarşısını alır.
Yapon mətbəxində xırdalanan zəncəfili nabeyə (yapon qışının əlaməti sayılan yemək növü) və mido şorbasına , həmçinin nattoya (fermentlənən soya və paxla) və tofuya (soya şoru) ədviyyat kimi əlavə etmək olar ki, bu da onu heyranedici universal inqridiyent edir.
Nədən tələbatınıza uyğun olaraq zəncəfili sınaqdan keçirməyəsiniz?
Tarix: 12-02-2022, 21:47