Azərbaycanda koronavirus infeksiyasına 2685 yeni yoluxma faktı qeydə alınıb, 6558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 24 nəfər COVID-19-dan dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 774 394 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 734 386 müalicə olunaraq sağalıb, 9 235 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 773 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 629, bu günə qədər isə ümumilikdə 6 485 357 test icra olunub.