Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb




Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 789 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 775 706 nəfər müalicə olunaraq sağalıb, 9 531 nəfər vəfat edib. 4 244 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 512, bu günə qədər isə ümumilikdə 6 603 318 test icra olunub.
Tarix: 7-03-2022, 18:02
Xəbəri paylaş





Xəbər lenti