Ürək və şəkər xəstəliklərinə qarşı ən effektiv pəhriz tapıldı


Skandinaviya pəhrizi nəinki artıq çəkini azaldır, eləcə də ürək -damar və diabet xəstəliyinə qarşıdır.



Bakupost.az xəbər verir ki, Skandinaviya pəhrizində yüksək miqdarda dəniz balıqları, müxtəlif giləmeyvələr, tərəvəzlər, yağsız pendir, kəsmik, eləcə də Rapsa yağı istifadə olunur.


Avropa universitetlərinin alimləri sübut ediblər ki, bu cür qidalanma yaşından və çəkisindən asılı olmayaraq, hər kəsin ürək-damar sisteminə yaxşı təsir edir.


Alimlər yaşı 55-dən yuxarı 200 nəfər insan üzərində eksperiment aparıb. Onların hamısında şəkər və ürək-damar xəstəliyi riski var idi. İnsanları 2 qrupa bölüblər.

Bir qrupa yarım il ərzində Skandinaviya pəhrizi, digərinə isə vərdiş etdikləri qidalanma təyin edilib.

Eksperiment boyu onlardan mütəmadi qan, sidik və s. analizlər götürülüb.

Yarım il sonra hər iki qrupun nəticələrinə baxılıb.

Skandinaviya pəhrizinə əməl edənlərdə qanda şəkər, xolesterin, triqliseridlər normal səviyyəyə düşüb, orqanizm qlükozaya daha yaxşı cavab verib.

Digər öz istədikləri kimi qidalanan qrupda isə artıq çəki ilə yanaşı, göstəricilər də birincidən pis olub.

Alimlər bu pəhrizin belə təsir etməsinin səbəbini Omeqa 3-6 ilə zəngin olması ilə izah edir.

Doymuş yağ turşuları dəniz balığında, kətan və rapsa yağında boldur.


Eyni zamanda bu pəhrizdə texniki emal olunmuş qidalar demək olar ki, yoxdur.
Tarix: 11-03-2022, 22:04
Xəbəri paylaş





Xəbər lenti