Özəl klinikalarda dodaq uçuqladan doğum qiymətləri - SİYAHI

Özəl klinikalarda dodaq uçuqladan doğum qiymətləri - SİYAHI


Son zamanlar sosial şəbəkələrdə ən çox müzakirə edilən, xüsusən də ana olmağa hazırlaşan qadınları və övladının yolunu gözləyən ailələri maraqlandıran mövzulardan biri də klinikalardakı doğum qiymətləridir. İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olan doğum xidməti dövlət xəstəxanalarında pulsuz olsa da, vətəndaşların çox hissəsi özəl klinikalara müraciət edirlər.
Hurriyyet.az xəbər verir ki, sağlamolun.az saytı paytaxtda yerləşən özəl xəstəxanaların bəzilərində doğum qiymətlərini araşdırıb. Qiymətləri təqdim edirik:
Baku Medical Plaza: təbii doğuş 1200 AZN, keysəriyyə 1400 AZN
Liv Bona Dea Hospital: təbii doğuş 1800 AZN, keysəriyyə 2500-3000 AZN
Oksigen Klinikası: təbii doğuş 1000 AZN, keysəriyyə 1300 AZN
German Hospital: təbii doğuş 900 AZN, keysəriyyə 1200 AZN
İnternational Medical Center: təbii doğuş 750 AZN, keysəriyyə 1050 AZN
Caspian İnternational Hospital: təbii doğuş 1000 AZN, keysəriyyə 1200 AZN
Bahceici: təbii doğuş 1500 AZN, keysəriyyə 1750 AZN
Bakı Sağlamlıq Mərkəzi: təbii doğuş 900 AZN, keysəriyyə 1200 AZN
Leyla Medical Center: təbii doğuş 1100 AZN, keysəriyyə 1400 AZN

Özəl klinikalarda doğum xidməti üçün alınan bu məbləğə doğumdan sonra körpənin peyvənd olunması, vaxtından əvvəl doğulan və ya problemli doğulan körpələr üçün nəzərdə tutulan küvəz xidməti daxil deyil. Bəzi klinikalarda isə yalnız 1 ay müddətinə bu xidmətlərdən yararlanmaq mümkündür.
Vətəndaşlar arasında apardığımız sorğuya əsasən isə, bəzi dövlət xəstəxanalarında da doğum xidməti üçün həkim tərəfindən 300-600 AZN məbləğində ödəniş tələb edilir.
Qeyd edək ki, İcbari Tibbi Sığorta agentliyindən verilən məlumata görə, Azərbaycanda doğuş və keysəriyyə pulsuzdur. Xidmətlərə təbii doğuş, keysəriyyə əməliyyatından öncə müayinə, həkim konsultasiyası, reanimasiya və xəstəxanada yatış, əməliyyat zamanı istifadə olunan dərmanlar, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, həkim təqibi, yemək və digər xərclər daxildir.\\Metbuat.az
Tarix: 8-03-2023, 11:08
Xəbəri paylaş





Xəbər lenti