Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzi Novruz bayramı günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinin əməkdaşları 20-26 mart Novruz bayramı günlərində daxil olan bütün zənglərin qəbulunu, telefon, elektron poçt, votsap, facebook, instaqram və internet-çat vasitəsi ilə daxil olan müraciətlərin operativ şəkildə cavablandırılmasını təmin edəcəklər. Çağrı Mərkəzinin əlaqə nömrəsi - (012) 404-08-08.Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən İmanova bildirib ki, Çağrı Mərkəzinin əməkdaşları həkim-koordinator Gülşən Şahverdiyeva, kommutatorlar Cəmilə Hacıyeva, Günel Şərifova, Emiliya Hacıhəsənova, Rəşad Qurbanzadə, Ulviyyə Xudaquliyeva, Gülçöhrə Budaqova və Gülnarə Əliyeva gündüz və gecə növbələrində Çağrı Mərkəzinin fasiləsiz fəaliyyətini təmin edəcəklər.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzi günün 24 saatında bura müraciət edən insanların sorğularını cavablandıran, vətəndaşlara Hospitalın həkimləri və xidmətləri barəsində dolğun və ətraflı məlumatlar verən, pasiyentlərin həkimlər ilə vaxtında və çevik şəkildə əlaqə qurmasını təmin edən informasiya qovşağıdır.
Tarix: 16-03-2023, 21:47