İstifadəyə yararsız dərmanlardan kim məsuldur? - Səhiyyə Nazirliyi, apteklər, yoxsa... - AÇIQLAMA
“Dərman preparatlarının keyfiyyət parametrlərinin yoxlanılması Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində yaradılan laboratoriyalar tərəfindən müəyyən olunur”.Bunu son dövrlər yoxlamalar zamanı keyfiyyətsiz dərman preparatlarının aşkarlanmasına münasibət bildirən tibb elmləri doktoru, professor
Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.
A.Qeybulla dərmanların keyfiyyətinə görə apteklərin məsuliyyət daşımadığını bildirib:
“Apteklər dərman vasitələrinin tərkibinə və keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Apteklərin məsuliyyəti dərman vasitələrinin saxlanması şəraitinə nəzarət və bu kimi digər məsələlərdən ibarətdir. Dərmanların istifadə müddəti bitibsə, preparatların rəngində dəyişiklik olarsa və ya saxlanma şəraiti pozularsa, bu zaman onlar xüsusi protokolla likvidasiya (ləğvetmə) olunur.
Professor qeyd edib ki, dərman preparatlarına Səhiyyə Nazirliyinin müvafiq strukturları nəzarət edir:
“Dərman preparatlarının keyfiyyət parametrlərinin yoxlanılması Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində yaradılan laboratoriyalar tərəfindən müəyyən olunur. Əgər bir uyğunsuzluq aşkar edilərsə, dərhal müdaxilə edilir. Dərman vasitələrindən istifadə zamanı onun effektiv və ya qeyri-effektiv olduğu daha aydın olur. Ancaq istənilən vəziyyətdə bu kimi hallara Səhiyyə Nazirliyinin müvafiq strukturları nəzarət edir”.
Tarix: 31-03-2023, 23:06