Bizneslə məşğul olmaları qanunla qadağandır -DEPUTAT


Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun bu gün parlamentin plenar iclasında ölkəyə gətirilən dərmanların keyfiyyəti və bahalığı barəsində çıxışı müzakirə yaradıb. Bildirilir ki, dərmanların ölkəyə gətirilməsində monopoliya olduğu hər kəsə bəllidir və bununla elə Siyavuş Novruzovun həmkarları Kəmaləddin Qafarov, Cavanşir Feyziyevin məşğul olduğu da məlumdur. Deputat Siyavuş Novruzov çıxışı zamanı həmkarlarının adını çəkmədiyinə görə tənqid edilir.

Siam.az-ın məlumatına görə, S.Novruzov isə Pravda.az-a açıqlamasında deyib ki, Kəmaləddin Qafarov və Cavanşir Feyziyevin ölkəyə dərman gətirmələri barədə məlumatı yoxdur.

“Bu baxımdan da heç nə deyə bilmərəm. Bilirsiniz ki, qanunvericiliyə uyğun olaraq, deputat biznes fəaliyyəti ilə məşğul ola bilməz. Deputata seçildiyi andan etibarən hər hansı biznes fəaliyyəti qadağan olunur. Ola bilər, Kəmaləddin Qafarov və Cavanşir Feyziyev belə bir fəaliyyətlə əvvəllər məşğul olublar. İndi məşğul olmaları isə qanunla qadağandır. Mən qanuna hörmət edən adamam. Hər bir məsələ qanun çərçivəsində həll olunur”, - S.Novruzov bildirib.
Tarix: 11-04-2023, 15:55
Xəbəri paylaş





Xəbər lenti