2 saylı klinik uşaq xəstəxanasında BÖYÜK OYUNLAR... - NARAZILIQ VAR!
Vətəndaş Fərid Hüseynov redaksiyamıza şikayət məktubu ünvanlayıb.
Şikayətdə bildirilir: "Hörmətli media nümayəndələri, hörmətli səlahiyyətli şəxslər! Media vasitəsi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, 12 may 2023 cü il gecə saatlarında övladım 4 yaşlı oğlum Cəlal Hüseynovu nəfəs çatışmamazlığı diaqnozu ilə, ağır vəziyyətdə təcili yardım avtomobilinin köməkliyi ilə 2 saylı uşaq klinik xəstəxanasına çatdırdıq.
Xəstəxananın qəbul otağında övladımın ağır vəziyyətdə olduğunu görən personal övladımı sənədləşdirib qəbul etdi.
Lakin məcazi mənada desək konsert proqramı bundan sonra başladı
Dövlət binasında yanı, xəstəxananın inzibati binasında səs küylü vəziyyətdə hər kəsə kobud rəftar göstərən, subardinasiya qaydalarından kənara çıxan, ağ xalatlı hipokrat andı içən şəxs, kinli israrla bizə tərəf yaxınlaşır, ilk növbədə yaxınlaşan şəxsin əvvəl məndə Baş həkim olduğu görüntüsü yaratsada, sonradan məlum olur ki, səs-küy yaradan şəxs Baş həkim olmasada Baş həkimin səlahiyyət verdiyi pediatr Günay Cavadovadır.
Günay Cavadova övladımın xəstəxanaya qəbul edilməsinə qəti şəkildə süni maneə yaradaraq guya ki, övladımın şəxsiyətini təsdiq edən sənədın olmamasıdır və, mən bildirəndə ki, şəxsiyyət vəsiqəsinin əslınin şəkili mobil telefonumdadır gedib əslini gətirib dərhal sizə çatdıracam siz övladıma gecikmədən kömək etməklərini xahiş etdim.Lakin Günay Cavadova övladıma ilkin tibbi yardım göstərilməsinə qəti şəkildə etiraz edərək, uşaqa qoşulan inqalyasiya aparatının qoşülmamasına göstəriş verdi.
Mən qəti şəkildə etirazımı bildirsəmdə hətta övladımın sənədinin təsdiqini sübut edəcək faktor göstərsəm də, affekt vəziyyət də olduğumuzu bildirsəm də, Günay Cavadova qərarında israrlı olduğunu göstərərək övladımı xəstəxanaya qəbul etməkdən imtina edərək,personala nümayişkərcasına göstəriş verib uşaqın qəbuluna stop qoydu.
Mən dərhal olanları yerindəcə yazılı izahatımda bildirərək övladıma hər hansısa həyatı təhlükə yaranacaqı halda bir başa Günay Cavadovanın məsuliyyət daşıdığını qeyd etdim.
Sonda isə övladına kömək edə bilməyəcək valideyn kimi çarəsiz geri evimizə dönərək qeyri rəsmi həkim vasitəsi ilə,təhlükəni övladımdan geri çəkdirdim.
İnanıram ki, səlahiyyətli qurumlar, bu məsələyə obyektiv yanaşaraq mən çəkən stressli acını Günay Cavadovanın digər valideyinlərə yaşatmamasının qarşısını almaqda bilə vasitə xilas etmiş olacaqlar.Axı həyat bumeranqdır.
Jurnalist araşdırması apararaq, etibarlı mənbədən əldə etdiyimiz məlumatda məlum oldu ki, həqiqətən də Günay Cavadova xəstəxanada başlıqda qeyd etdiyimiz kimi at oynadır, yanı ki (özünü hökmran kimi aparmaq, ağalıq etmək, istədiyini etmək, mənəm-mənəmlik etmək; ~ meydan sulamaq.) mənasında olan görüntünü kollektiv arasında publik şəkildə yaratmağa nail olub.
Sual 1: Günay Cavadovaya bu səlahiyyətsiz səlahiyyəti, verən həqiqətən də Baş həkim Azər Xuduyevdir?
Sual 2: Günay Cavadova bilir ki ? ölkəmizdə səhiyyədə aparılan uğurlu islahatlara bu cür xoşa gəlməz davranışlarla kölgə salır.
Sual 3: Günay Cavadova bilir ki, çalışdığı xəstəxana TƏBİB-in sədri Vüqar Qurbanovun rəhbərlik etdiyi quruma cəmiyyətdə mənfi rəy formalaşdırır.
Sonda Günay Cavadovanın nəzərinə qısa və lokanik çatdırmaq istəyirik ki, bu günləri həyatına yaşama təhlükəsi yaranan, Cəlal balamız qalib ordumuzun gələcəkdə qalib əsgəridir".
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Mövzunu diqqətimizdə saxlayacağıq