Ucarda xəstələrin boğazına dövlətin ayırdığı pula qənim kəsilənlər... - ŞİKAYƏT


Ucar rayon sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də SİAM.AZ-a daxil olan müraciətdə deyilir:

"Dəfələrlə Ucar rayon Xəstəxanasında baş alıb gedən özbaşınalıqlar barədə məlumat veririk.Ancaq heç bir tədbir görülmür.Bir neçə gün əvvəl Ucar Rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının yaramazlığının növbəti qurbanı 23 yaşlı gənc oldu.
Belə ki, Ucar rayonu Bağman kənd sakini Əliyev Kamil Vüqar oğlunu 09 may 2023-cü il tarixdə təxminən saat 21-00 radələrində avtomobil vurması nəticəsində xəsarət almışdır.Yarlı gənci dərhal Ucar Rayon Xəstəxanasına çatdırırlar.Orada heç bir tibbi yardım göstərilmir və 3 saatdan sonra deyirlər ki, yaralı ölüb götürün aparın.Yaxınları Kamil Əliyevi evə gətirirlər.Bir saatdan sonra yaralı gənc Kamil Əliyev özünə gəlir ayılır.Yaxınları onu dərhal avtomobillə Kürdəmir rayon Xəstəxanasına çatdırırlar.Orada həkimlər müayinə edib deyirlər ki, Kamil 10 dəqiqə əvvəl dünyasın dəyişib bunu niyə vaxtında xəstəxanaya gətirməmisiniz.Kamil ailənin yeganə oğlu idi.Allah rəhmət eləsin.Ucar rayon Xəstəxanasında savadlı həkimlər olsaydı Kamil indi yaşayırdı.
Budur Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlının yarıtmaz fəaliyyətinin nəticəsi. İndiyə qədər Ucar xəstəxanasında çoxlu sayda xəstə həkim səhlənkarlığının qurbanı olsada heç kəs məsuliyyətə cəlb edilməyib.Çünki Zeynal Bayramlı talançılıq yolu ilə əldə etdiyi küllü miqdarda kapital hesabına bütün cinayətlərinin üstünü ört-basdır edə bilib.Adam vəzifədə qalmaq üçün bütün vasitələrdən istifadə edir bütün iyrənc oyunlara qol qoyur.
Zeynal Bayramlı 2005-ci il tarixdə müəmmalı şəxildə diplom əldə edən kimi qohumu keçmiş nəqliyyat naziri Ziya Məmmədov onu Ucar rayon Qazıqumlaq xəstəxanasına baş həkim iki ildən sonra 2007-ci il tarixdə isə Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirib.
Xəstələrinin boğazına dövlətin ayırdığı pula qənim kəsilən Zeynal Bayramlı küllü miqdarda var-dövlətə sahib olub.
Onun talançılığı barədə kifayət qədər subutlar var şikayətlər edilir.Ancaq vəzifədə qalmaq üçün mərkəzi orqanlara pullar xərcləyir.Rüşvət hesabına vəzifədə qalan Zeynal Bayramlının qanunsuz əməllərindən Ucar sakinləri çox əziyyət çəkirlər.
Hörmətli Prezident, bütün ümüdlər ancaq Sizədir.Sizdən xahiş edirik korrupsiyaya qurşanmış dövlətin ayırdığı pula xəstənin boğazına qənim kəsilmiş bütün fəaliyyətini korrupsiyaya talançılığa həsr etmiş Zeynal Bayramlının barəsində tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı SİAM.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 18-05-2023, 09:21
Xəbəri paylaş





Xəbər lenti