"Yuxuda apnoe nə deməkdir və nədən yaranır?.." "Əksəriyyət hallarda xorultu sağlamlıq üçün təhlükəlidir..." Burnun tutulması, artıq çəki, alkoqol qəbulu, kürəküstə yatmaq, menopauza... Dəyərləndirmələrə görə, dünyada insanların 10 faizi xoruldamaqla bağlı problemlər yaşayır. Əgər tərəfdaşınız sizi xoruldamağınıza görə gecələr yenə də yuxudan oyadırsa, buna bir əncam çəkməyin zamanıdır.
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Onet.pl" nəşri yazıb.
Xorultu, adətən, orqanizmdə baş verən və həyəcan doğuran dəyişikliklərin əlamətidir.
Biz niyə xoruldayırıq?
Gəlin, xorultunun ən geniş yayılmış səbəbləri və onunla mübarizə üsulları ilə tanış olaq.
Xorultu sağlamlıq üçün təhlükəlidir Əksəriyyət hallarda xorultu sağlamlıq üçün təhlükəlidir. Xorultu havanın boğazdan axınına maneə olduqda başlayır. Ən təhlükəli xoruldama tənəffüsdə fasilə yaradan yüksək səslə xoruldamaqdır.
Adətən, bu, yuxuda obstruktiv apnoe (tənəffüsdə fasilələr) əlamətidir. Lakin bu o demək deyil ki, hər xoruldayan adam apnoedən əziyyət çəkir. Bəzən başqa səbəb də olur.
Burnun tutulması Bu problem allergiyası olan adamlarda baş verir. Burnun tutulması tənəffüsü çətinləşdirir və nəticədə xorultu yaranır.
Bu, xoşagələn əlamət deyil, lakin bunun öhdəsindən yumşaq toxumaların ödemini (şişkinlik) azaldan və iltihabı aradan qaldıran dərman preparatlarının köməyilə gəlmək olar.
Burnun tutulması həmçinin burun ciblərinin xroniki iltihabından yarana bilər. Bu, həmçinin burun arakəsməsində əyriliyi olan insanlarda, hamilə qadınlarda hormonların artıq ifrazından yarana bilər.
Damağın forması Xorutunun səbəblərindən biri damağın spesifik formada olmasıdır. Daha qısa və qalın damağı olan adamlarda yuxuda düzgün tənəffüslə bağlı böyük problemlər yaşana bilər.
Əgər xorultu bu problemlə bağlıdırsa, çox xoşagəlməz olur və yuxuda apnoeyə gətirib çıxarır, siz damağın şüa terapiyası ilə korreksiyası barədə düşünə bilərsiniz.
Artıq çəki Helsinki Universiteti tədqiqatçılarının fikrincə, düzgün pəhriz və müntəzəm fiziki hərəkətlər xorultu ilə mübarizədə kömək edə bilər.
Daha erkən aparılan tədqiqatlar göstərib ki, artıq çək və piylənmə yuxuda tənəffüslə bağlı problemlərin yaranma riskini xeyli artırır. Bu, onunla bağlıdır ki, boyun nahiyəsində toplanan artıq piy traxeyaya təzyiq edir və tənəffüsü çətinləşdirir.
Finlər yuxuda apnoe problemləri olan 72 nəfəri tədqiq edib. Bəziləri öz həyat tərzində dəyişiklik edib (sağlam qidalanmaq və müntəzəm idmanla məşğul olmaq). Yerdə qalanlar nəzarət qrupu olub.
12 həftədən sonra tədqiqatçılar yenidən könüllüləri müayinə edib. Birinci qrupdan olanlar orta hesabla 11 kq çəki itirib və daha yaxşı yatıb və hətta daha az xoruldayıb. Özünə qayğı göstərən qrupdan olan altı nəfərdə xorultu tam keçib.
Alkoqol qəbulu Alkoqoldan xüsusilə yuxudan öncə istifadə edilməsi gecələr xorultu yarada bilər. Alkoqol tənəffüs yollarının əzələlərini boşaldır. Bu, o adamlara aiddir ki, onların hər gün xoruldamaq problemi var, lakin həmçinin heç vaxt bunun müşahidə edilmədiyi adamları da xoruldamağa vadar edir.
Kürəküstə yuxu Hansı vəziyyətdə yatmağımız həmçinin xorultuya təsir edə bilər. Kürəküstə yatdıqda gecələr oyanma riski artırır. Belə vəziyyətdə dil aşağı düşür və hava axınını bloklayır, bu da xorultu yaradır. Ən yaxşısı böyrüüstə yatmaqdır.
Yaş və cins Təəssüf ki, statistika amansızdır. 30 yaşdan sonra bizim xoruldamaq ehtimalımız artır. Ən çox bu problemlə insanlar 40 yaşından sonra üzləşir. Bundan başqa, kişilər qadınlara nisbətən daha çox xoruldayır. Qadınlarda bu problem menopauzadan sonra yaranır.
Qalxanabənzər vəzlə bağlı problemlər Xorultu qalxanabənzər vəzlə bağlı ola bilər. Əgər bu orqanın ölçüləri artırsa, tənəffüs yollarını sıxır və hava axınını məhdudlaşdırır. Lakin bu o demək deyil ki, hər xoruldayan adamda belə problem var.
Əgər xorultudan əlavə sizdə çəkinin kəskin dəyişməsi, yorğunluq, tüklərin tökülməsi əlamətləri də varsa, həkimlə məsləhətləşmək və qalxanabənzər vəzin hormonlarının miqdarını yoxlamaq lazımdır.
Əgər xorultu xoşagəlməz olursa, bunu səbəbini axtarmaq lazımdır. Bəzi tədqiqatlara görə, xorultu ürək-damar xəstəlikləri, o cümlədən hipertoniya və ürək infarktı riskini artıra bilər. O, həmçinin ikinci tip diabeti riskini artıra bilər.
Tarix: 19-05-2023, 09:44