Arıqlamaq istəyənlər hansı çörəkdən istifadə etməlidir? - VİDEO
Arıqlamaq istəyən, lakin çörəkdən imtina edə bilməyən şəxslər hansı çörəkdən istifadə etməlidir?
Movzu ilə bağlı Foodinfo.az-ın sualını cavablandıran tanınmış diyetoloq Tutu Zeynalova bildirib ki, arıqlamaq istəyənlər çörək yeyə bilərlər: “Arıqlamaq istəyənlər nədənsə ilk növbədə çörəkdən imtina etmək istəyirlər. Bununla da tez bir zamanda arıqlayacaqlarını düşünürlər. Əslində, bu, heç belə deyil. Təbii ki, bizim orqanizmimizin həm karbohidrat, həm protein, həm də yağa ehtiyacı var ki, gündəlik rasionumuzu bunları nəzərə alaraq qurmalıyıq. Yəni, həm karbohidrat, həm protein, həm də yağdan istifadə etməliyik”.
Diyetoloq deyib ki, arıqlamaq istəyənlərin hansı undan istifadə etməi daha önəmlidir: “Təbii ki, ağ undan hazırlanmış çörəkdən istifadə etsək, bu, bizim qan şəkərimizin sürətlə yüksəlməsinə, nəticədə mədəaltı vəzimizin insulin hormonunu çox ifraz etməsinə səbəb olacaq. İnsulin yağ depolayan hormondur. Yəni, ağ çörək kökəlməyimizə gətirib çıxaracaq, yəni arıqlamağa mane olacaq”.
Ətraflı Foodinfo.az-ın instagram səhifəsində və youtube kanalında izləyə bilərsiniz: