Kardiologiya inistutu ilə bağlı Səhiyyə naziri Teymur Musayevi susduran "səbəblər”, yaxud da rənglər...Səhiyyə sistemində nazirlər dəyişsə də, təbiblər yenilənsə də,islahatlar aparılsa da, yer yerindən oynasa da toxunulmaz olan, nə vəzifəsi, nə də ki, fəaliyyəti dəyişməyən, zamana və nazirlərə meydan oxuyan kadrlar hələ də qalır. Sabirin "millət necə tarac olur-olsun nə işim var” prinsipi ilə ancaq öz şəxsi maraqlarını, ambisiyalarını təmin edən belələrinə qarşı sanki sanki ölkə qanunları da keçərsizdir.
MiliYol xəbər verir ki, belə toxunulmaz şəxslərdən biri də bütün nazirlərin ürəyini ram edə bilən C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovadır. Keçmiş səhiyyə naziri O.Şirəliyevlə qohumluq əlaqələrinə güvənərək böyük bir elm-səhiyyə ocağını məhvə sürükləyən G.Dadaşova bu gün də eyni ampuladadır. Görünür toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi nazirlərin yerini dəyişəndə də G.Dadaşova üçünn fərq eləmir.
Xatırlatmaq yerinə düşər ki, ölkənin bir nömrəli kardioloqu adını alan G.Dadaşova bu vəzifəyə keçmiş nazir O. Şirəliyevlə olan qudalığın "şirinliyi” olaraq təyinat almışdı. Belə ki, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyev oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu qudası da "Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə keçmiş nazir özü istəməsə də "Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalmış və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu açılmışdı.
Verilən məlumatlara görə Kardeologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra narazılıqlar kütlıvi artmış qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Nəticədə Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub.
İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin dəyişəcəyinə ümid bəsləyənlər isə yenə də yanılıblar. Belə ki, pulsuz səhiyyə xidmətləri göstərilməli olan Kardiologiya institutunda qiymətlər bir az da bahalaşıb.
Nahaqdan deyil ki, Səhiyyə nazirliyində hələ də onu ciddi şəkildə müdafiə edən qüvvələr var. Məhz bu arxayınçılıq G.Dadaşovaya bu qədər özgüvən,əminlik verir. Əks təqdirdə bir elm-səhiyyə ocağını bu qədər amansızcasına məhv etmək olmazdı.
Görünür Səhiyyə naziri Teymur Musayevi də susduran "səbəblər”, yaxud da "rənglər” mövcuddur. Ölkə səhiyyəsində inqilabi islahatlar aparmalı olan nazirliyin və onun yeni təyinat alan, böyük etimad göstərilən rəhbərinin Kardiologiya institutunda baş verənlərə seyriçi qalması, heç bir reaksiya verməməsi haqlı suallar doğurur.
Son mılumatlarda bildirilir ki səhiyyə nazirliyin inistutda keçidiyi monitorniqin nəticələri mənfidir lakin direktorun nazirliklə anlaşdığı da bildirilir. Qos-qoca institut G.Dadaşova və bir neçə nəfər qohumunun qazanc mənbəyinə çevrilib, sadə insanlar üçün tibbi xidmətlər əlçatmaz həddə qaldırılıb, savadlı kadrlar müxtəlif yollarla işdən uzaqlaşdırılır, dərman mafiyası at oynadır, saxta ürək əməliyyatları və arayışların verilməsi üçün bazar açılıb, amma Səhiyyə nazirliyi hələ də qımıldanmır.
Bu birbaşa dövlət başçısının, şəxsən birinci vitse prezident Mehriban xanımın səhiyyə sahəsində apardıqları islahatlara qarşı sabotajdır. Cənab prezidentin yürütdüyü siyasətə qarşı belə sayğısızlıq, görülən işlərə badalaq vurmaq kimlərin maraqlarına xidmət edir, kimlərin sifarişidir?
Hər halda baş verənlərə başqa ad vermək mümkün deyil. Bütün bu eybəcərlikləri heç nəylə, heç rənglə ört-basdır etmək mümkün deyil. Hətta "Sobsan” boyaları belə bu dəfə acizdir...
Qlobal.az
Tarix: 24-05-2023, 14:55