Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...

Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi
Azərbaycanın görkəmli travmataloqlarından biri olan Məzahir Məmmədov Şəmkir Rayonu Kür qəsəbəsində yerləşən xəstəxana haqqında yazıb.

SİAM.AZ-ın gununsesi.info-ya istinadən xəbərinə görə, tanınmış həkim milyonlarla vəsait hesabına təmir olunan bu xəstəxananın fotolarını paylaşayaraq, indi baxımsız qaldığını deyib.

Onun açıqlamasını təqdim edirik:

Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi

Bir neçə il bundan əvvəl milyonlarla vəsait hesabına yüksək səviyyədə əsaslı təmir və müasir avadanlıqlarla təchiz olunmuş Kür qəsəbə xəstəxanasının yetim qalan görüntülərini təqdim edirəm. Vaxtilə 15 il çalışdığım bu xəstəxanada ölkəmizin müxtəlif guşələrindən minlərlə xəstə şəfa tapıb.

Hərsahəli çalışan ,müasir yanaşmalar sərgiləyən tibb kollektivi vardı. İndi boş qalıb. Zamanında dörd tərəfdəki yaşayış məntəqələrinin əlli mindən çox sakininə ambulator və stasionar xidmət edilirdi. Bu gün Kür qəsəbəsi yuxarıların yadından necə çıxıbsa,xəstəxana da eləcə yaddan çıxıb. TƏBİB-in “möhtəşəm” fəaliyyətinin bütün ölkədə nəticəsi budur”.

Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi
Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi

Tarix: 6-06-2023, 10:23
Xəbəri paylaş





Xəbər lenti