Qovrulmuş noxud olan ləbləbi yüksək qida dəyərinə malik çərəz olduğu üçün orqanizmin ehtiyac duyduğu bəzi vitamin və mineral çatışmazlığını aradan qaldırır. Xüsusilə idmanla məşğul olanların məşqdən əvvəl istehlak etdikləri bu qidanın tərkibində natrium, kalium, kalsium, dəmir, zülal, lif, A və C vitaminləri var.Musavat.com ləbləbinin faydalarını təqdim edir:
- Ağ noxud - ləbləbi mədədəki asid nisbətini tarazlaşdıraraq mədə yanması və turşuluğuna yaxşı təsir edir. Xüsusilə reflü, qastrit və xora kimi mədə xəstəliklərinin riskini azaldır.
- Pəhriz siyahılarında ilk sırada olan ləbləbi tərkibindəki lif sayəsində uzun müddət toxluq hissi verir, qısa zamanda arıqlamağa kömək edir. Tərkibindəki az yağ sayəsində çəki artımının qarşısını alır.
- Lif sayəsində arıqlamağa kömək edir və xolesterin səviyyəsini tarazlıqda saxlayaraq infarkt, insult kimi xəstəliklərin riskini azaldır. Xüsusilə damarların daralmasının qarşısını alır.
- Tərkibindəki antioksidant sayəsində orqanizmi qısa müddətdə təmizləyir və bərpasını dəstəkləyir. Bundan əlavə, tərkibindəki yağlar dəri hüceyrələrinin qısa müddətdə yenilənməsini təmin edərək dərinin qırışmasının qarşısını alır.
- Bədənin gündəlik protein ehtiyacını qarşılamaq üçün gündə bir boşqab qırmızı ət istehlak edilməlidir. Ancaq ət istehlak etməyənlər qırmızı ətin qarşıladığı zülalı almaq üçün gündə bir kasa ləbləbi istehlak edirlər.
- Kalsium sümük və dişlərin inkişafı üçün vacib bir maddədir. Ağ noxudun tərkibində olan bu maddə sümük sisteminin inkişafına kömək edir. Xüsusilə inkişaf yaşında olan uşaqlar və hamilə qadınlar tərəfindən istehlak edilməlidir. Ləbləbi ana südünü artırma xüsusiyyətinə də malikdir.
- A vitamini sayəsində göz sağlamlığını da qoruyur.
- Natrium qanda təzyiqi tarazlaşdırır. Ləbləbi natrium baxımından da təsirli bir qidadır. Bunun sayəsində yüksək təzyiq kimi ciddi problemlərin qarşısı alınır.