Klinik Xəstəxananın göz xəstəlikləri şöbəsində vəziyyət kritik həddədir - RƏZALƏT
Hal-hazırda respublikamızın əksər səhiyyə müəssisələrində, o cümlədən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsində yaşanan acınacaqlı durumun varlığı, bu gün də tam əksəriyyətin ən “yaralı yeri” hesab olunur desək, heç də yanılmarıq.
Çünki, çoxsaylı problemlərin yaşandığı, hər cür özbaşınalığın, haqsızlığın və s. tüğyan etdiyi bu şöbədə, əslində analoqu olmayan biabırçılıqlar baş verməkdədir. Məsələn, gundemxeber.az saytının redaksiyasına daxil olan məlumata görə, Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsinin müdiri Leyla Babayevadır və bu xanımın həyat yoldaşı Fazil Alməmmədov isə, hal-hazırda 5 saylı Kliniki Xəstəxanada direktor vəzifəsini daşıyır. Redaksiyamıza daxil olan başqa bir məlumatlara görə, Leyla xanım bugünkü vəzifəsinə sahib olduğu ilk vaxtlardan, o, göz xəstəlikləri şöbəsində çalışan əksər həkimlərlə konfliktdədir. Belə bir səbəbdən də, artıq bu şöbədə vəziyyət o həddə gəlib çatıb ki, Respublika Klinik Xəstəxanasının direktoru Leyla xanımı şöbə müdirliyi vəzifəsindən çıxartmağa çalışır. Amma, o, kənar qüvvələrin xanım şöbə müdirinə himayədarlıq etmələri səbəbindən, onu bugünkü vəzifəsindən çıxara bilmir. Çünki dolaşan söz-söhbətlərə görə, “TƏBİB”də çalışan yüksək çinli vəzifə sahibləri, hal-hazırda bu xanıma “arxa-dayaq” dururlar. “TƏBİB”dən “güc alan” Leyla xanım da, bu gün şöbədə heç bir həkimə hansısa əməliyyatı həyata keçirməyə imkan vermir və onun bu yöndə atdığı addımlar hər kəsi qıcıqlandırır.
Söylənilənlərə görə Leyla Babayevanı “TƏBİB”dən əlavə, Klinik Xəstəxananın direktorunun ətrafında olan şəxslər də “canbaş”la müdafiə edirlər. Bir sözlə, hal-hazırda şöbə müdiri vəzifəsini daşıyan Leyla xanım elə bir formada şöbəyə rəhbərlik edir ki, o, bu cür idarəçiliyi ilə hər kəsi zinhara gətirir və heç bir əsas olmadan həkimlərlə mübahisələr yaradır. Adicə bir faktı qeyd edək ki, Leyla Babayeva şöbədə çalışan həkimlərin, o cümlədən Vüsalə, Nigar, Vəfa, Şəfa həkimin gizli yollarla səslərini yazdırır və həmin səsyazılarından öz məqsədləri üçün istifadə edir. Bundan əlavə, xanım şöbə müdiri işə təzə gələn cavan həkimlərdən heç birinə cərrahi əməliyyatlar həyata keçirməyə imkan vermir. Hansı ki, Leyla xanımın özü də cərrahi əməliyyatlar etmədiyi halda o, bütün xəstələri özünə götürür. Adicə bir faktı qeyd edək ki, kifayət qədər potensiala malik olan Tural həkim ay ərzində cəmi 2-3 əməliyyat həyata keçirə bilir. Bir sözlə, Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsinin müdiri Leyla Babayeva, rəhbərlik etdiyi şöbədə çalışanların tam əksəriyyətini zinhara gətirdiyindən, ehtmal etmək olar ki, çox yaxın vaxtlarda həmin şöbədə rəhbərliyə qarşı “bund” baş verəcək. Yəqin ki, belə bir addımdan sonra “TƏBİB”də vəzifə sahibi olan və Leyla Babayevaya himayədarlıq edənlər öz məsuliyyətlərini dərk edib, bir qədər götür-qoy edəcəklər. Çünki, yarıtmaz idarəçiliyi ilə Azərbaycan səhiyyəsinə “üzqaralığı” gətirən xanım şöbə müdirinin atdığı addımlar əsl biabırçılıqdır, rüsvayçılıqdır. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra ölkəmizin səhiyyə nazirliyinin rəhbərliyi ilə bərabər, “TƏBİB”ə rəhbərlik edənlər də problemin aktuallığına diqqət yetirib, göz xəstəlikləri şöbəsindəki ab-havanın qaydaya salınması yöndə müvafiq addımlarını atacaqlar. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.