Dondurma yeyərkən mütləq su için - Əks halda...
Şübhəsiz ki, isti havalarda sərinləmək üçün ən çox seçilən qida dondurmadır. Dondurma düzgün istehlak edilərsə, heç bir sağlamlıq problemi yaratmaz. Ancaq düzgün istehlak edilmədikdə, immuniteti aşağı olan insanlarda boğaz infeksiyasına səbəb ola bilər.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, yay aylarının əvəzolunmazı olan dondurmanın tərkibində süd, yağ, şəkər, zülal və kalsium kimi orqanizm üçün vacib maddələr var. Bu qidanın təbii meyvələrdən hazırlanmış növləri antioksidant mənbəyidir.
Bəs dondurmanı necə istehlak etməliyik?
Dondurmanı soyuq olmayan su ilə istehlak etmək boğaz infeksiyaları ehtimalını azaldır.
Bundan əlavə, dondurma qablaşdırmadan çıxarıldıqdan dərhal sonra istehlak edilməməlidir. Bir müddət gözləmək mədə və bağırsaqlar üçün faydalıdır. Bu qidanı kiçik tikələrə bölüb yemək məsləhət görülür.
Dondurmanın həddindən artıq istehlakı çəki problemi olanlar üçün problem yarada bilər.
Dondurmanı tox qarınla yemək, yedikdən sonra dişlərii qorumaq üçün ağız qarqaraları etmək lazımdır.
Tarix: 15-06-2023, 08:16