Azərbaycanda süni mayalanma neçəyə edilir? - QİYMƏT


Azərbaycanda bir süni mayalanmanın qiyməti 3500 manatdır.
 
SİAM.AZ-ın məlumatına görə, bunu Valyuta.az-a açıqlamasında cərrah, mama-ginekoloq Samirə Tağıyeva deyib. Həkim bildirib ki, bu dərmanlarla birlikdə nəzərdə tutulan qiymətdir:
 
"Mayalanma alınmayanda təkrar müraciət edən analara deyilən rəqəmdə 200-300 manat endirim edilir. Başqa ölkələrlə müqayisədə süni mayalanma ən ucuzu Azərbaycanda icra olunur. Türkiyədə bu proses dollarla ödənilir, təxminən 5 mindən yuxarıdır”.
 
Samirə Tağıyeva Azərbaycanda süni mayalanmanın ucuz olmasının səbəbini uşaq istəyən ailələrin imkansız olması ilə izah edib.
Tarix: 15-06-2023, 10:09
Xəbəri paylaş





Xəbər lenti