Bu qidaları QƏTİYYƏN YEMƏYİN - Ömrü qısaldırmış...

Bu qidaları QƏTİYYƏN YEMƏYİN - Ömrü qısaldırmış...
Marketlərdə satılan, hər gün süfrəyə qoyulan, hətta səhər yeməyinizdə istehlak etdiyiniz qidaların bir çoxu sağlamlığınıza zərər vurur və ömrü qısaldır. O qədər zərərli qidalar var ki, onların hamısını bir yazıya sığdırmaq mümkün deyil.
 
Moderator.az CNN-ə istinadən ömrü qısaldan 10 zərərli qidanı təqdim edir.
 
Bu qidaları rasiondan çıxarmaq sizi diabet, hipertoniya, ürək-damar xəstəlikləri və xərçəng kimi ciddi xəstəliklərdən qoruya bilər:
 
1) Marqarin
 
Marqarin ən təhlükəli yağlardan və əsla yeməməli olduğunuz məhsullardan biridir. Tərkibində çoxlu müxtəlif yağlar olan marqarinlərin bərk olması üçün onlara karbon da əlavə edilir. Bu maddələr sağlamlığımıza ciddi ziyan vurur və ürək xəstəlikləri, xərçəng kimi ciddi xəstəliklərə səbəb olur. 
 
2) Sosis və kolbasalar
 
Supermarketlərin rəflərini bəzəyən sosis və kolbasalar adi ət məhsulu kimi görünsə də, əslində, sağlamlığa zərərli əlavələr olan emal olunmuş ətlərdir. Bunların normal ətlə heç bir əlaqəsi yoxdur. Bu məhsulların istehsalında istifadə edilən əlavələrin mədə xərçəngi və ürək xəstəlikləri ilə birbaşa əlaqəsi var. Bəzi araşdırmalar göstərir ki, gündə cəmi 40 qram salam və kolbasa istehlak edənlərdə diabet riski 42 faiz artır. Həm də uşaqlıq leykemiyası ilə əlaqəli olduğu düşünülən qidalardan biridir.
 
3) Bulyon külçələri
 
Həm reklamlarında, həm də qablaşdırmalarında bunların bulyon kimi təqdim edildiyini görürük. Lakin bu məhsullar əlavələr qatılaraq istehsal olunur. Yəni bulyon külçəsini yeməyə qatdığınız zaman ağzınıza gələn dad əsl ət dadı deyil. Bu məhsullarda istifadə edilən monosodium glutamat çox təhlükəli bir maddədir və beyin zədələnməsinə səbəb ola bilər. Monosodium glutamat təkcə bulyonlarda deyil, hamburger köftələrində də ola bilər.
 
4) Kartof fri və çipslər
 
Kartof qızartmasını kim sevməz? Amma onu bitki yağında qızartdıqda kartof kanserogenə çevrilir. Bu səbəbdən hər cür qızardılmış yeməklərdən uzaq durmaq tövsiyə edilir. Çiplərin tərkibində isə əlavələrdən istifadə olunur. Hər yerdə satılan və xüsusilə uşaqlar tərəfindən sevilən çipsləri mütləq həyatınızdan silməli və uşaqlarınızdan uzaq tutmalısınız. Çünki bu məhsulları yeyəndə immun sisteminiz alt-üst olur və nəticədə çox tez-tez xəstələnə bilərsiniz. Erkən yaşda ürək xəstəliyi və xərçəngə tutulma riskiniz artır. Bundan əlavə, çiplərin bir hissəsi işlənmiş karbohidratlardan ibarətdir. Bu da özlüyündə diabet riskini artıran mühüm amildir.
 
5) Qazlı sular
 
Dünyada ən çox istehlak edilən içki olan "Coca-Cola", təəssüf ki, çox yüksək miqdarda şəkər ehtiva edir. Tərkibində daha az şəkər olanlarda isə dadlandırıcılar istifadə olunur. Bunlar metabolik sindrom və diabet riskini artırır. Bundan əlavə, bu cür içkilərin tərkibində kofein ola bilər. Gündə yalnız bir "Coca-Cola" qəbul etmək belə infarkt riskini 1,4 dəfə artıra bilər. Digər qazlı və buzlu sularda da eyni problem var.
 
6) Meyvə şirələri
 
Üzərində meyvə şəkilləri ilə rəngarəng qablaşdırılan bu məhsulları aldanmayın! Çünki bunlar meyvə şirələri deyil. Bunların çoxunda ciddi ağır metallar var. Məhsulların etiketlərini oxuduqda onların əksəriyyətinin qlükoza və ya fruktoza siropu əlavə edilmiş meyvə nektarı olduğunu görə bilərsiniz. Uşaqlar üçün hər gün bir meyvə şirəsi istehlak etmək nəinki diqqət çatışmazlığına səbəb ola bilər, həm də onların idrak funksiyalarını poza bilər. Vitaminləri az, şəkəri yüksək olan bu içkilərdən mütləq uzaq durmalısınız.
 
7) Qarğıdalı lopaları
 
Demək olar ki, hər mətbəxdə rast gəlinən və uşaqların üzərinə süd tökərək yedikləri qarğıdalı lopaları ilk on zərərli qida sırasına daxildir. Onların tərkibində çoxlu miqdarda şəkər, dadlandırıcılar və çoxlu əlavə var. Araşdırmalar göstərir ki, qarğıdalı lopaları diabet və hipertoniya riskini ciddi şəkildə artırır.
 
8) Üçü birində qəhvə
 
Hazırlanması asan olduğu üçün üstünlük verilən 3-ü 1-də qəhvələr də təhlükəli məhsullar siyahısında yer alan məhsullardandır. Tərkibində süd, şəkər və qəhvə olduğu düşünülür. Ancaq tərkibində süd deyil, doymuş yağlar var. Bundan əlavə, paketlərin tərkibində qaşınma əleyhinə vasitələrdən tutmuş rəngləndiricilərə qədər bir çox maddə var. Bu növ qəhvə əvəzinə tamamilə adi filtrli qəhvə və ya türk qəhvəsi içə bilərsiniz. Bundan əlavə, su əlavə edərək asanlıqla hazırlaya biləcəyiniz digər hazır qəhvələr də olduqca zərərlidir.
 
9) Hazır pizzalar
 
Hər kəs pizzanı sevir, amma hazır pizzalar da qaçınılması lazım olan qidalar sırasındadır. Rafine un və işlənmiş ətdən istifadə edilən bu pizzalar həm də sağlamlığın düşmənidir.
 
10) Hazır şorbalar
 
Hazır şorbaların tərkibində çoxlu əlavələr də var. Bu şorbalar mətbəxdə işinizi asanlaşdırsa da, həyatınızı oğurladığı bir həqiqətdir.

Tarix: 4-02-2024, 16:36
Xəbəri paylaş





Xəbər lenti