“Aristokrat” klinikasından narazılar ÇAĞIRIŞ etdi... - Reklama inanmayın!

“Aristokrat” klinikasından narazılar ÇAĞIRIŞ etdi... - Reklama inanmayın!

“Aristokrat” klinikasının qeydiyyat şöbəsində həkimin iş rejimini soruşan kimi ödəniş tələb olunurmuş. Tribunainfo.az qeyd edir ki, sosial mediada bu məsələ gündəmə gətirilib və gülüş doğurub. “Ani qərarla uşağı diş həkiminə aparmalı olduq, qeydiyyatda oturan xanıma yaxınlaşıb həkimin işdə olub- olmadığını soruşdum sadəcə, cavabında isə 10 manat ödəyin eşitdik. Hələ razı olmamışam, qəbz çıxarıb ki, bəs ödəyin bunu… Sadəcə səviyyəsizlikdir”.
Buna şərh yazan Nəzrin Kərimova qeyd edib ki, həmin klinikaya diş həkiminə gedəcəkmiş, statusu oxuyub fikrindən daşınıb. Jurnalist Tural İbadlı isə şərh yazıb ki, orada iki həkim işləyir: ” Ata və oğul. Oğula uşaq apardıq. Guya dişlərin əyriliyin düzəldəcəkdi. 1000 manata yaxın pul tökdük, dəyişən heç nə olmadı”.
Səriyyə Lətifova adlı sosial media istifadəçisi də şikayət edib: “Təəssüf ki, breket müalicəmi orada aldım. Nəticə: Yenidən breket müalicəsi almaq fikrim var.
Bir həkim də dişimi çəkmişdi, kökü qalmışdı.
Sonradan başqa bir həkimin yanına müayinəyə getdikdə məlum olmuşdu müalicələrin natamam olduğu. Qeyri-peşəkar həkimlər var, orada çalışan həkimlərin reklamlarına aldanıb getməyin”. Bu ittihamlarla bağlı klinikanın açıqlamasını dərc etməyə hazırıq.



Tarix: 7-02-2024, 00:06
Xəbəri paylaş





Xəbər lenti