Qaraciyər piylənməsinin AZ BİLİNƏN ƏLAMƏTLƏRİ - Əgər sizdə bunlar varsa...

Qaraciyər piylənməsinin AZ BİLİNƏN ƏLAMƏTLƏRİ - Əgər sizdə bunlar varsa...

Yorğunluq, ürəkbulanma, iştahsızlıq, kilo itkisi, qarın ağrısı, çaşqınlıq və diqqətsizlik kimi problemlər qaraciyər yağlanmasının əlaməti ola bilər.
Bu sözləri türkiyəli həkim İlksoy İkibiroğlu deyib.
Həkim qaraciyərin qəbul edilən bütün qidaları idarə etdiyini, zərərli maddələri ayırdığını, qanla qarışmasının qarşısını aldığını və xaric olmasını təmin etdiyini qeyd edib: “Qaraciyər insanın ümumi sağlamlıq vəziyyətini qoruyur. Sağlam qaraciyər həyat keyfiyyətini yaxşılaşdırır. Qaraciyərin yağlanması qaraciyərin sağlamlığı üçün təhlükə yaradan xəstəliklərdən biridir.
Qaraciyərin yağlanmasına işarə edən əsas simptomların yorğunluq, ürəkbulanma, iştahsızlıq, kilo itkisi, qarın ağrısı, çaşqınlıq və diqqətsizlik kimi problemlər olduğunu söyləyən İkibiroğlu davamlı halsızlıq və yorğunluğun əhəmiyyətli əlamətlər olduğunu vurğulayıb.
"Əsas bilinən əlamətlərə əlavə olaraq, ağız qoxusu və bədən qoxusu, şişkinlik, hemoroid, bədən istiliyinin artması, gözlərdə və ovuclarda qızartı, dəridə qaşınma və səpgilər də qaraciyər yağlanmasının simptomlarındandır" - həkim qeyd edib. \\Musavat.com
Tarix: 20-02-2024, 21:25
Xəbəri paylaş





Xəbər lenti