Hər gün xurmalı süd için

Hər gün xurmalı süd için
Xurma təbiətin bizə təqdim etdiyi ən qiymətli müalicəvi qidalardan biridir. Tərkibində çoxlu B vitamini, xüsusilə B6 vitamini var. A və C vitaminləri ilə də çox zəngindir. Bu möhtəşəm meyvə yaddaşı gücləndirir, ürək sağlamlığını qoruyur, qan azlığını müalicə edir, sümükləri möhkəmləndirir.Foodinfo.az xəbər verir ki, Ramazan ayının gəlişi ilə süfrələrimizdə xurma öz yerini tutmağa başladı. Sağlamlığa sonsuz faydası olan xurmanı südlə sınayın. Xurma südlə birləşdirildikdə şəfa mənbəyinə çevrilir. Xurmalı süd sağlam həyat üçün lazım olan bir çox qida maddəsini özündə birləşdirir. Tərkibindəki zülal və kalsium sümük sağlamlığını dəstəkləyir və möhkəm sümüklərin və dişlərin yaranmasına kömək edir. Bundan əlavə, protein əzələ böyüməsini təşviq edir və bədəninizi gücləndirməyə kömək edir. Bu gözəl içki tərkibindəki təbii şəkərlər sayəsində sizə enerji verir və yorğunluğunuzu götürür.Eyni zamanda xurma tərkibindəki antioksidantlarla immunitet sistemini gücləndirir, orqanizmi xəstəliklərə və infeksiyalara qarşı qoruyur. Bundan əlavə, xurmanın tərkibindəki təbii şəkərlər qan şəkərini birdən-birə artırmamaqla enerji səviyyələrini daha balanslı saxlamaqda aktiv rol oynayır.
Tarix: 14-03-2024, 16:42
Xəbəri paylaş





Xəbər lenti