Sahurda bunları yeyənlər gün boyu acmır
Ramazan ayında sağlam qidalanmaq çox önəmlidir. Uzun müddət ac qaldığınızdan xüsusilə sahurda sizi uzun müddət tox saxlayacaq lifli qidalara, tam taxıllı çörək və qatıq kimi zülal qaynaqlara üstünlük vermək, həmçinin bol su içmək vacibdir.
Musavat.com xəbər verir ki, Ramazan ayı boyunca balanslaşdırılmış pəhriz planı ilə təzə meyvə, tərəvəz, zülal, lif, vitamin və minerallarla zəngin qidaları seçmək məsləhət görülür.
Musavat.com sahurda isə sizi uzun müddət tox saxlayacaq qidaları təqdim edir:
Yumurta
Tam taxıllar
Yulaf, bulqur, qarabaşaq
Şorba
Badam, qoz, fındıq
Avokado
Az yağlı ət
Alma, armud, banan
Kəsmik, pendir, qatıq.
Tarix: 17-03-2024, 10:52