Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
“Dünən atamı Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər xəstəxanasına müayinədən keçirməyə apardım. Atam 3 dəfə infarkt keçirib, şəkəri var. Mən də istədim ki, ürəyini aparata saldırıb, problemini bilim. Aşağı mərtəbədə mühafizə xidməti bizə dedi ki, elektron növbə götürün. Biz də elektron növbə götürdük. Gördük ki, burada elektron növbəni heç saya sayan yoxdur. Biri tanışını gətirib növbəsiz içəri salır, biri növbəsiz gəlib keçir. Halbuki gələnlər bizdən sonra idilər.d Yalandan a deyirlər ki, əməliyyata gedir. Mən öz gözlərimlə görürəm ki, həmin xəstə dedikləri adam normaldır, sağlamdır. Hətta bir neçə insan da etirazını bildirdi ki, biz növbə gözləyə-gözləyə niyə onları içəri buraxırsız? Bu etirazımı orada da bildirdim. Dedilər ki, biz baxa bilmərik, bilmirik. Mühafizə xidmətini çağırıram, o da deyir ki, mən baxmıram. Orada dərəbəylikdir. Növbədən əlavə həkimlər öz tanışlarını növbəsiz içəri salır”
Bunu Moderator.az-a açıqlamasında şikayətçi Ayşən Babayeva deyib. O daha sonra əlavə edib.
“Biz həkimə etirazımızı bildirəndə kənardan başqa bir həkim üstümüzə səsini qaldırıb elə qışqırdı ki.. Üstəlik də əl-qol hərəkətləri ilə üstümüzə gəldi. Bütün bu görüntülər kameralara da düşüb. O xəstəxanaya sağ getsən ölü çıxacaqsan. Atam xəstə adamdır, necə əsəbləşdisə dərmandan istifadə etdi. Əgər canlı növbədirsə, bəs elektron növbə nəyə lazımdır? Özü də elektron növbəyə düşmək üçün sən gərək səhər saat 8-dən gedib xəstəxanada yer tutasan. Adamları 10-10 içəri buraxırlar. Sonra da deyirlər ki, canlı növbədir. Başqa yerdə çeksiz, növbəsiz gedib dursaq bizi qəbul etməzlər” deyə o bildirib.
Moderator.az 6 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxananın Acil şöbəsinin tibb bacısı bildirib ki, xəstəxanada canlı növbə mövcuddur.
“Biz bilirik ki, canlı növbədir. Camaat gəlib canlı növbədən keçir, elektron yox. Başqa heç bir məlumat verə bilmərəm” deyə o bildirib.
Buradan belə bir sual ortaya çıxır ki, əgər canlı növbədirsə, niyə bəs xəstəxanadakı insanları elektron növbə götürməyə məcbur edirlər.
QEYD: Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.
Tarix: 15-05-2024, 08:51