Beləqanda pulsuz göz müayinələri!- "GÖZ TIRI" YOLA ÇIXDI!



Badam Medical Centerin səyyar klinikası iyunun 3-dən 17-dək Beyləqanda olacaq.
Klinikanın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Çingiz Özgürün Doktorinfo.az-a verdiyi məlumata görə, məqsəd regionlarda əhalinin gözlə bağlı problemlərinin həllinə dəstək olmaqdır.
Beyləqan Rayon İcra Hakimiyyəti və Badam Kilinikasınin birgə tədbiri olan bu layihədə, göz müayinələrindən keçən vətəndaşlara həkim məsləhətləri veriləcək, ehtiyac yaranan hallarda müalicə ediləcək, cərrahi müdaxiləyə gərək olarsa, İcbari Tibbi Sığortanın dəstəyi ilə göndərişlər alınaraq Badam Medikal Senterdə peşəkar oftalmoloq-cərrahlarımız tərəfindən əməliyyat ediləcək.
Müayinələri tibb ocağının Nur Göz Mərkəzinin həkimləri edəcək.
Səyyar klinika İcra Hakimiyyəti binasının qarşısında dayanacaq.
Əlavə məlumat almaq istəyənlər 055 352 55 71, 012 538 66 99, *6699 nömrələrinə zəng edə bilərlər.
Siam-az.com
Tarix: 2-06-2024, 21:52
Xəbəri paylaş





Xəbər lenti