"Central Clinic"də sertifikasiyadan keçməyən həkimlər çalışır

"Central Clinic"də sertifikasiyadan keçməyən həkimlər çalışır
Abşeronda fəaliyyət göstərən "Central Clinic"də aparılan yoxlama zamanı sertifikasiyadan keçməyən tibb işçilərinin çalışdığı məlum olub.

Tribunainfo.az xəbər verir ki, məlum olub ki, klinika İnzibati Xətalar Məcəlləsinin gigiyena, sanitariya və sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Belə ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Klinika ilə bağlı başladılmış işə 11 iyun tarixində Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.
Tarix: 4-06-2024, 22:36
Xəbəri paylaş





Xəbər lenti