"Ölkənin ümumi səhiyyə xərcləri 1 milyard 863 milyon 294 min manat" - ŞOK RƏQƏM
“Dünən TİBB işçilərinin Peşə Bayramı günü idi. Bu sahə ölkə iqtisadiyyatında xidmət sektoru olaraq böyük xüsusi çəkiyə malikdir. Bi sektor inkişaf dinamikasına, kadr təminatı məsələlərinə və müasir tələblərə cavab verə bilmə göstəricilərinə görə bir çox sektorları geridə qoyub”
Mövzu ilə bağlı iqtisadçı -ekspert Eldəniz Əmirov Moderator.az-a danışdı.
“2024-cü ilin yenilənmiş dövlət büdcəsi layihəsində ümumi səhiyyə xərcləri 1 milyard 863 milyon 294 min manat nəzərdə tutulmuşdur ki, bu da ötən il ayrılmış vəsaitdən 58 milyon 337 min manat çoxdur. İcbari tibbi sığortanın tətbiqi insanlar üçün çox böyük imkan yaratdı. Bunu danmaq ədalətsizlik olar. 10 min – 15 min manatlıq əməliyyatlara pulu olmayıb həyatını itirənlər, sağlığına qovuşa bilməyənlər bu sistemin tətbiqi ilə sağlığına qovuşdu. Bu sahədə problemlər yoxdurmu? Əlbəttə var. ■İcbari tibbi sığorta xidmətlərinin siyahısının genişləndirlməsinə ehtiyac vardır. ■Hər bir sığortalıya göstərdiyi xidmətə görə tibbi personala, ələxsus da həkimə ödənilən vəsaitin miqdarına (faizlərə) yenidən baxılmalıdır. ■Efirlərdə qeyri-peşəkar həkimlərin təbliğatı nəzarətə götürülməlidir. Posient tibbi xitmətin istehlakçısı olduğu üçün bu istehlakçıların aldadılmasının bir formasıdır. ■Sığorta sisteminin inkişaf etdiyi ölkələrdə sığortalı xəstə digərlərindən daha öndə və daha statuslu (hörmətli) olur. Ölkəmizdə isə sığortadan kənar müraciət edən posient daha statuslu hesab edilrək qarşılanır. Odur ki, icbari tibbi sığorta əsasında müraciət edən posientə tibbi personalın baxışın dəyişdirlməsi üçün əməli işlər görülməlidir. İnsanlara yaxşılıq etmək üçün dünyanın ən şanslı insanları həkimlərdir”.
Bu gün peşə bayramı münasibəti ilə insanların sağlamlığının keşiyində gecə və gündüz dayanmış bütün tibb işçilərini təbrik edir, onlara şərəfli və məsulyyətli işlərində böyük müvəffəqiyyətlər arzulayıram.