Uroloq kişi sağlamlığı üçün ən faydalı məhsulları açıqladı

Uroloq kişi sağlamlığı üçün ən faydalı məhsulları açıqladı

“Qidalanma kişilərin sağlamlığının vacib amillərindən biridir”.
Bunu həkim - uroloq-androloq Artur Bogatırev gazeta.ru ilə söhbətində deyib.
Bogatırev vurğulayıb ki, kişilərin rasionu zülal və vitaminlərlə zəngin olmalıdır:
“Rasionda dəniz məhsulları, buxarda hazırlanmış balıq, toyuq və mal əti, az yağlı süd məhsulları, tərəvəz və meyvələr, qoz-fındıq və şəkər əvəzinə bal olmalıdır”.
Mütəxəssis qeyd edib ki, adi qarabaşaq da çox faydalıdır:
“Onun tərkibində qan damarları üçün faydalı olan və qan dövranını yaxşılaşdıran rutin var. İspanaq və kərəviz də qan dövranını artırır. Sonuncu həm də feromonların və kişi cinsi hormonu androsteronun istehsalını stimullaşdırır”.
Sonda həkim kişilərə səhərlər bir və ya iki xörək qaşığı balqabaq tumunu yeməyi məsləhət görüb. O, aydınlaşdırıb ki, onların tərkibində olan sink və maqnezium başqa bir cinsi hormonun - testosteronun istehsalını artırır. \\Yeniavaz.com 
Tarix: 22-06-2024, 11:03
Xəbəri paylaş





Xəbər lenti