Qarın piylərini əridən tərəvəz
Daha sürətli arıqlamaq üçün qida rasionuna kabaçok (qabaqcıq) əlavə etmək məsləhətdir. Bu tərəvəz aşağı kalorili olmaqla yanaşı, vitaminlər və minerallarla zəngindir. Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Mixail Ginzburq danışıb.Onun sözlərinə görə, kabaçok pəhriz üçün ideal seçimdir: "Kabaçokun 100 qramında cəmi 16 kalori var. Tərkibindəki lif sayəsində uzunmüddətli toxluq hissi yaradır. Bu isə həddindən artıq yeməməyə kömək edir və qarında piy qatının əmələ gəlməsinin qarşısını alır".Mütəxəssis qeyd edib ki, kabaçok qanda şəkərin kəskin artıb-azalması zamanı da faydalıdır və xolesterol səviyyəsini aşağı salır. Bu tərəvəzi sobada bişirmək və ya ondan püre-şorba hazırlamaq daha yaxşıdır.
Tarix: 2-08-2024, 22:11