Nar xərçəngə qarşı: Mütəxəssis gəncliyin təbii eliksirindən danışdı

Nar xərçəngə qarşı: Mütəxəssis gəncliyin təbii eliksirindən danışdı
"Nar orqanizm üçün unikal sağlamlıq xüsusiyyətlərinə malikdir və bir çox xəstəliklərin müalicəsində faydalı ola bilər".

Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq, diyetoloq, tibb elmləri namizədi Oksana Mixaleva bildirib.

Onun sözlərinə görə, narın meyvəsi və toxumları çoxlu bioloji aktiv birləşmələr ehtiva edir.

"Müxtəlif tədqiqatların nəticələrinə görə, nar güclü antioksidant, antimikrob və antikanserogen xüsusiyyətlərə malikdir. Narın metabolik sindrom, ürək-damar, endokrin, revmatoloji və hətta onkoloji xəstəliklər, ağız boşluğu patologiyalarında faydalı olduğunu göstərən məlumatlar var. Həmçinin onun dərinin vəziyyətinə müsbət təsiri qeydə alınıb", - deyə Mixaleva bildirib.
Tarix: 4-10-2024, 22:02
Xəbəri paylaş





Xəbər lenti