Qorxmaz Hüseynovun qaynına məxsus olduğu bildirilən "Diaqnoz Tibb Mərkəzi" və həkimləri məhkəməyə verildi
"Diaqnoz Tibb Mərkəzi" MMC, xəstəxanada həkim qastroenteroloq-endoskopist vəzifəsində çalışan Həsənov Rəfail Həsən oğlu və tibb mərkəzində ümumi cərrah kimi fəaliyyət göstərən Kazımzadə Cümşüd Ramiz oğlu məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, tibb mərkəzi və həkimlərlə bağlı Xətai Rayon Məhkəməsinə müraciəti Əliyev Bəhruz Şahmurad oğlu edib.
Mahiyyəti mənəvi zərərin ödənilməsi üzrə mübahisə olan iş hakim Aynur Abdullayevanın icraatındadır. Hazırlıq iclası noyabrın 22-də keçiriləcək.
Qeyd: MMC dövlət qeydiyyatına 2002-ci ildə alınıb, nizamnamə kapitalı 20 AZN-dir, qanuni təmsilçisi isə Namiq Cidalı oğlu Cəbrayılovdur. N.Cəbrayılovun "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qaynı olduğu bildirilir. Mətbuatda yayılan bu fakt indiyədək təkzib olunmayıb.
Tarix: 12-11-2024, 09:59