Dövlət Baxçalı ona və CXP liderinə sui-qəsd olacağı barədə iddialara münasibət bildirib

 Dövlət Baxçalı ona və CXP liderinə sui-qəsd olacağı barədə iddialara münasibət bildirib Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ona və Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna sui-qəsd törədiləcəyi ilə bağlı iddialara münasibət bildirib. APA-nın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, MHP lideri deyib ki, media vasitəsilə CHP liderinə qarşı sui-qəsd törədiləcəyi ilə bağlı xəbərdarlıqların sayı artmaqdadır.

Hazırda mühafizəçilərinin sayının sabit olduğunu diqqətə çatdıran D. Baxçalı qeyd edib ki, mühafizəçilərinin sayını artırmaq barədə hər hansı tələbləri yoxdur: “Bizim avtomobillərimiz zirehli deyil. Hökumətin müxalifət liderlərinə zirehli avtomobilləri verəcəyinə dair məlumatlar yayılıb. Mən şəxsən belə bir tələblə çıxış etməmişəm. Hökumətə də bu fikirdən daşınmalarını tövsiyə etmişəm”.

Qeyd edək ki, yerli mətbuatda müxalifət liderlərinə qarşı sui-qəsd törədiləcəyi ilə bağlı məlumatlar yayılıb.
Tarix: 3-01-2017, 15:00
Xəbəri paylaş





Xəbər lenti