Məmurların bank “savaşı”: Maraqlar toqquşur, banklar bağlanır, vəziyyət gərginləşir
2016-ci ölkədə əsasən iqtisadi problemlərin dərinləşməsilə yadda qaldı. Bu problemlər hələ də davam edir və ekspertlər birldirlər ki, 2017-ci ildə problemlər daha da dərinləşəcək. Manatın qısa zamanda 2 dəfə kəskin devalvasiyaya uğraması əhalinin vəziyyətinin ağırlaşmasıyla yanaşı bankları da çətin hala saldı. Nəzərə alsaq ki, 2016-ci il ərzində Azərbaycanda fəaliyyət göstərən 13 bank bağlandı. Ancaq onlardan yalnız “PARABANK” öz fəaliyyətini bərpa edərək Bank Olmayan Kredit Təşkilatı (BOKT) kimi yenidən bazara qayıtdı. Digər bağlanan banklar isə qanunun tələblərinə cavab vermədikləri üçün fəaliyyətini bərpa edə bilmədi. Qeyd edək ki, lisenziyası ləğv olunan bankların tamamı konsilidasiyaya getməyə hazır olduqlarını bildirdilər. Ancaq bu proses də baş tutmadı və nəticədə banklar öz fəaliyyətini dayandırdı.
Banklar bağlanmamaq üçün “hesabat” vermirBankların lisenziyasının ləğv olunması Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yoxlamalarından sonra əldə olunan mənfi rəylər və bankların təqdim etdiyi hesabatların yanlış olması səbəbindən oldu. Ancaq bankların bağlanma tendensiyası bir müddətdir ki, dayanıb. Son olaraq 30 sentyabr tarixində “Bank Standard” bağlandıqdan sonra bazarda qalan digər 32 bank hələ ki, öz fəaliyyətini davam etdirir.
Ancaq ekspertlər hesab edir ki, 2017-ci ilin ilk yarısında bankların ləğv olunma tendensiyası davam edəcək. Təbii ki, bankların bağlanması üçün yetərli sübut və dəlillər lazımdır. Ona görə də bankların ləğv olunması üçün ilin yekunlarına dair bankların verəcəyi hesabatların yekunlaşmasını gözləyirlər. Qeyd edək ki, bu günə qədər 8 bank ilin yekunarına dair hesabatlarını təqdim edib və həmin bankların yalnız 2-sində müsbət saldo qeydə alınıb. Ölkədə baş verən ağır iqtisadi böhran səbəbindən bankların bir çoxunda eyni vəziyyət hökm sürür. Ona görə də, banklar hesabatlarını təqdim etməyi gecikdirirlər.
2017-ci ildə bazarda 25 bank qalacaqBağlanma ehtimalı daha yüksək olan banklar isə indidən konsilidasiyaya (birləşmə) getmək haqqında düşünmək tapşırılıb. Məlumatlara görə bağlanma ehtimalı yüksək olan banklar bazarda qalmaq üçün özlərinə etibarlı “parniyor” axtarışındadırlar. Ancaq məlumdur ki, banklar oliqarx məmurların “kurasiyasında” fəliyyət göstərir. Ona görə də, burada əsas diqqət yetirilən və müzakirə olunan həmin məmurların maraqlarıdır. Ehtimallara görə 2016-cı ildə bağlanan 12 bankın da konsilidasiyaya getməməsinin əsas səbəbi məhz bununla bağlı olub. Digər tərəfdən ekspertlər bildirirlər ki, 2017-ci ildə bazarda yalnız 25 bank qalacaq. Əgər bütün bu deyilənlər həqiqətdirsə, o, zaman 2017-ci bankların bağlanması surətli şəkildə gedəcək və heç bir kommersiya bankına güzəşt olunmayacaq.
Məlumatlara görə artıq bağlanacaq bankların siyahısı tam hazırdır. Ancaq bu prosesin 2016-ci ildə aparılmamasının səbəbi əmanətlərin ödənilməsilə bağlı yaranan ciddi maliyyə problemləridir. Bağlanan bankların ləğvedicisi kimi yalnız “Əmanətlərin Sığortalanması Fondu” çıxış edir. Ancaq son olaraq “BankStandart”ın bağlanmasından sonra əhalinin bankda olan əmanətlərini qaytarmaq üçün Fond dövlətdən 450 milyon borc götürdü. Bu isə o deməkdir ki, Fond sığortalanmış əmanətləri belə ödəməkdə çətinlik çəkir. Ona görə də, digər bağlanması nəzərdə tutulan bankların fəaliyyəti dayandırılmadı. Bu prosesə isə 2017-ci ilin əvvəllərində başlanılacaq və ilin ilk yarısında yekunlaşdırılacaq.
Vilayət
Tarix: 3-01-2017, 20:53