Vəkil Lent.az-ı məhkəməyə verdi

Vəkil Lent.az-ı məhkəməyə verdi Vəkil Aslan İsmayılov Lent.az İnformasiya agentliyini məhkəməyə verib.

Siam.az xəbər verir ki, vəkilin saytı məhkəməyə verməsinə səbəb "Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyevin onun haqqında "Biz hamımız kimlərinsə dostuyuq” sərlövləli məqaləsini dərc etməsi olub. Vəkil Əli Həziquliyevin qəzetdə yazdığı və lent.az-ın da yayımladığı məqalədə şərəf və ləyaqətinin alçaldılması, eləcə də işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə Xətai rayon Məhkəməsinə müraciət edib. A. İsmayılov tərəflərin hər birindən mənəvi zərərə görə 50 min manat tutulmasını və təkzib yazısının dərc edilməsini tələb edib.

Artıq məsələ ilə bağlı Xətai rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə məhkəmə başlayıb və dekabrın 7-də hazırlıq, 26-da isə ilkin baxış iclası keçirilib. Növbəti iclas isə yanvarın 13-ü saat 17:00-a təyin olunub.

Aslan İsmayılov məsələ ilə bağlı BakiPost.az-a bildirib ki, məhkəməyə müraciət etməzdən öncə sayt rəhbərliyi ilə danışıb və öz iradlarını bildirib: "Mən tənqidə açıq adamam. Amma o yazıda tənqid deyil, təhqir var. Belə küçə söyüşləri ilə dolu bir yazının oxuculara təqdim edilməsi ayıbdı və cəmiyyətə hörmətsizlikdi. Bu söyüşlərə meydan verdiyi üçün də saytı, həmçinin müəllifi məhkəməyə vermişəm. Bu barədə əlavə söz demək istəmirəm. Bir də bu mövzuda heç kimə açıqlama verməyəcəm”.

Siam.az
Tarix: 6-01-2017, 16:15
Xəbəri paylaş





Xəbər lenti