Mehman Hüseynov məhkəmədən çıxdı və başına gətirilən dəhşətləri danışdı VİDEO

Mehman Hüseynov məhkəmədən çıxdı və başına gətirilən dəhşətləri danışdı VİDEO AXCP sədri Əli Kərimli facebook səhifəsində gənc blogger Mehman Hüseynovun başına gətirilənlər barədə bir neçə qeyd paylaşıb. Onun yazdıqlarını təqdim edirik:

Mehman Hüseynovdan onun ifşa etdiyi oliqarxların qisasını alırlar. Dövlət hakimiyyəti rəsmən oliqarxların, büdcə oğrularının keşiyində durur. Dövləti o qədər kiçildib, gülünc günə qoydular ki, indi bu boyda dövlət aparatı gənc blogger Mehman Hüseynovun şərlənməsi üçün səfərbər edilib.



Mehman Hüseynovu şərləyib həbs etmək əvəzinə, düşünün ki, niyə xalq bu gənc bloggeri bu qədər sevir? Və başa düşün ki, xalq sizlərin oğru olduğunuzu onsuz da bilir. Mehmanla da, Mehmansız da sizlərin böyük əksəriyyətinizin büdcə oğrusu olduğunuzu, azğın və dəbdəbəli həyat tərzi keçirdiyinizi bilir xalq. Sadəcə Mehman bəy xalqın onsuz da bildiklərini əyani şəkildə, faktlarla çəkib göstərir. Mehman Hüseynovun həbsi sizləri ifşalardan qorumayacaq. Hər gün, hər addımda ifşa olunacaqsınız, oğrular!

Mehman bəyin yarımgünlük əsirliyindən çıxan bir neçə nəticə:

– Həqiqəti deyənlərə, çəkib göstərənlərə işğalçı ermənilərə olduğundan daha çox nifrət edirlər;
– Hər bir korrupsionerin, büdcə oğrusunun ifşasını bütövlükdə rejimin ifşası kimi qiymətləndirirlər;
– İctimai rəydə uduzduqlarını bilirlər. Məğlubiyyətin yaxınlaşması hissi bunları daha da aqressivləşdirir;
– Könüllərindən çox pisliklər keçir, ancaq hər ürəklərindən keçəni də artıq edə bilmirlər;
– Və ən vacibi: özünün dediyi kimi, Mehmanı sındıra bilməyiblər. Gənc dostumuz yenə də qələbə işarəsi göstərir Azərbaycana!

Mehman Hüseynov məhkəmədən çıxdı və başına gətirilən dəhşətləri danışdı VİDEO

***

Blogger Mehman Hüseynovla bağlı məhkəmə qərarı bəlli olub. Vəkil Elçin Sadıqov deyib ki, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinib 200 manat cərimə olunub. Eyni zamanda, məhkəmə qərar verib ki, Mehman Hüseynova işgəncə verilməsi şikayəti ilə bağlı Nəsimi rayon prokurorluğu araşdırma aparsın.

Məhkəmədən çıxandan sonra Mehman Hüseynov binanın qarşısında jurnalistlərə və onu gözləyənlərə açıqlama verib. Blogger faktiki oğurlanmasını və başına gətirilənləri göz yaşları içində danışıb.

Bildirib ki, yanvarın 9-u axşam 19 radələrində dostlarından bir neçə metr aralanan kimi, 8 nəfər tanımadığı şəxs ona hücum edib, zorla maşına mindirərək harasa aparıblar və zorakılığa məruz qoyublar.

“Mən 3 saat başımda torba, üzü aşağı saxladilar. Ayağıma elektroşok verdilər, vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”, – deyə bliogger qeyd edib.

Mehman Hüseynovun sözlərinə görə, onu döyənlərə bildirib ki, nə etsələr də sınmayacaq və peşə fəaliyyətini dayandırmayacaq. “Mən sınmamışam!” deyə blogger bəyan edib.

Mehman Hüseynov deyib ki, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına gətiriblər. Orada deməsinə görə, ürəyi gedib:

“Mən özümdən getmişəm. Birdə hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər”.

Mehman Hüseynov deyib ki, onun üstünə təcili yardım çağırıblar.

Bloqqer məhkəməyə də toxunub.

“Hakim özü mənə ittihamın qurama olduğunu gördü. 200 manat cərimə edildim. O cəriməni də ödəməyəcəyəm”

M.Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən sonra qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verib onun ləğv edilməsini tələb edəcəklərini bildirib.



«Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi-polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılır. Ondan guya bir nəfər şikayət edib. Həmin adam deyib ki, «Torqovı»da işə düzəlməyə gedərkən, yolda Mehman ona çiyni ilə toxunub. Bunun səbəbini soruşduqda onu söyüb. Sonra polis çağırıblar».

Bunu jurnalistlərə vəkil Elçin Sadıqov deyib. O bildirib ki, hələ Mehman Hüseynovla görüşə bilməyib: «Hakim polisə dedi ki, Mehman Hüseynovu vəkillə görüşdürün. Ancaq polis şərait yaratmadı».

Vəkil deyib ki, həmin maddə ilə Mehman Hüseynovu 30 sutka inzibati həbs və ya cərimə gözləyir.





Mehman Hüseynov məhkəmədən çıxdı və başına gətirilən dəhşətləri danışdı VİDEO
Mehman Hüseynov məhkəmədən çıxdı və başına gətirilən dəhşətləri danışdı VİDEO

***

Mehman Hüseynov hazırda Nəsimi rayon məhkəməsindədir. Vəkil Elçin Sadıqov məlumat verib ki, bloggerin məhkəmə prosesi saat 15-də başlayacaq.

***

Son məlumata görə, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin tələbinə tabe olmamaq) maddəsi ilə ittiham olunur. O, hazırda Nəsimi məhkəməsindədir. Məhkəmənin önünə çoxlu sayda ictimai fəal toplaşıb.

***

Yanvarın 9-u axşam saatlarından yoxa çıxan videobloqqer Mehman Hüseynovun yeri deyəsən, nəhayət bilinib. Vəkil Elçin Sadıqovun facebook səhifəsində yazdığı son məlumata görə, M.Hüseynovu Nəsimi rayon 22-ci polis bölməsi saxlayıbmış. Nəsimi polisindən vəkilə bildiriblər ki, M.Hüseynov Nəsimi rayon məhkəməsinə aparılır. Vəkil məhkəməyə getdiyini qeyd edib.



***

Vəkil Elçin Sadıqov da Mehman Hüseynov haqda məlumat ala bilmir. Vəkil facebook səhifəsində yazır:

“BMCMİ-dən bir məlumat vermədilər. İndi buradayam növbətçi hissəsindən dedilər ki, kim tutduğunu deməsəniz (əməliyyatının və ya müstəntiqin adını) biz sizə bir söz deyə bilmərik. Dedikdə ki, müvəqqəti saxlama yerindən öyrənin. Cavab verdilər ki, deyə bilmərik.

Bakı şəhər Baş Polis İdarəsindən də bildirildi ki, Mehman Hüseynovun işi həmin idarədə deyil.

Mehman Hüseynovun axtarışları tərəfimdən davam etdirilir”.

***

«Əldə etdiyimiz son məlumatlara və bir neçə şahidin dediyinə görə, Mehmanı şəhərin mərkəzində, Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində, Hiss Klubun yaxınlığında 5 nəfər mülkigeyimli şəxs ağzını tutub, maşına basıb naməlum istiqamətə aparıblar. Bu o deməkdir ki, Mehman ya oğurlanıb, ya da həbs olunub. Başqa variantların hamısı artıq qüvvədən düşür», – Ü.Həsənli yazır.

M.Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov bloqqerin «Sancaq» səhifəsindən canlı yayım edərək onun həbs olunma ehtimalından danışıb:

«Bu gün (9 yanvar) Həzi Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində kafedən çıxarkən 5-6 naməlum şəxs tərəfindən zorla tutulub və naməlum istiqamətə aparılıb. Saxlanılarkən iki nəfər ağzını tutub və səs-küy salmasına imkan verməyib».

Vəkil Elçin Sadıqov da 102 xidmətinə zəng etdiyini yazır: «Ancaq Azərbaycanda adam itkin düşəndən sonra polis idarələrində tapıla bilər. Mehman Huseynov haradasan? 102-yə zəng etdim ki, müvəkkilimi oğurlayıblar. Onlardan cavab gözləyirəm… Sübh tezdən axtarışları davam etdirəcəm».

Hələlik, hüquq-mühafizə orqanlarından məsələyə münasibət almaq mümkün olmayıb.

Son vaxtlar bloqqer öz səhifəsində bir neçə villanın görüntülərini yayıb. O, həmin villaların nazirlərə, deputatlara məxsus olduğunu açıqlayıb. M.Hüseynovu daha öncə Bakı polisinə çağıraraq, ona sosial şəbəkələrdəki statusları ilə bağlı iradlar bildirilmişdi.

***

Gənc blogger Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında yoxa çıxıb. Bu haqda NİDA-çı gənc Ülvi Həsənli məlumat yayıb:

“Mehman bizdən təxminən 8-in yarısı ayrılıb, başqa bir dostu ilə görüşməyə getdi. Sonra həmin dostu ilə də görüşməyib. Ondan bu yana da xəbər yoxdu, telefonu da bağlıdır”.
Tarix: 10-01-2017, 21:16
Xəbəri paylaş





Xəbər lenti