Əmlak Komitəsində şok islahatlar: bu qurumlar birləşdirilə bilər - Özəl siyahı

Əmlak Komitəsində şok islahatlar: bu qurumlar birləşdirilə bilər - Özəl siyahı Əmlak Məsələləri üzrə Dövlət Komitəsində (ƏMDK) struktur islahatları başlana bilər

Bu barədə Politika.Az-ın İqtisadiyyat Şöbəsinə daxil olan məlumatda deyilir ki, komitədə bir neçıə qurumun birləşdirilməsi gözlənilir.


İqtisadi böhranla əlaqədar qənaət rejiminə keçid bütün dövlət orqanlarında islahatları labüd edib. Bu növbə əmlak komitəsinə də çatıb.

Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin komitənin nəzdindəki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə birləşdirilməsi gündəmə gəlib.

Eləcə də Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin bir mərkəzdə fəaliyyət göstərməsi təklif olunub.
Mənbə qeyd edir ki, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində isə kadr islahatlarının, o cümlədən ixtisarların həyata keçirilməsi realdır.


Mənbə qeyd edir ki, bu struktur islahatlar 2017-ci il üçün çox vacibdir. Əslində, yuxarıda adı keçən qurumlar da bir-birini təkrarlayır, ayrılıqda fəaliyyəti yersizdir.

Hakimiyyət iqtisadi reformaları kadrlar müstəvisinə keçirir. İqtidarın siyasətinə başağrısı yaratmış məmurların dosyesi hazırlanıb.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ASAN Xidmətə verilməsi də istisna edilmir.

Bu strukturun fəaliyyəti ciddi şəkildə aqressiya və narazılıq yaradır. ƏDRX ölkədə korrupsiyalaşmış qurumlardan biri kimi ad çıxarıb.

Vətəndaşların daşınmaz əmlakın qeydiyyatı, sənədləşdirilməsi, vərəsələr arasında bölüşdürülməsi, rəsmiləşdirilməsi prosdurlarında bürokratik əngəllərlə üzləşir. Evlərə “kupça”ların verilməsi, həyət və bina evlərinin sənədləşdirilməsi rüşvətsiz həll olunmur.

Bu xidmətin ASAN-a verilməsi həm də ixtisarlara səbəb olacaq. Dövlət strukturlarında çalışanların ştatları azaldılacaq və ixtisarlar aparılacaq. Bu proses məmur təbəqəsini əhatə edəcək.

Politika.Az
Tarix: 11-01-2017, 09:25
Xəbəri paylaş





Xəbər lenti